Redaktor seçimi
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Günün xəbəri

Pensiyaların artımı üçün tələb olunan vəsait açıqlandı

Pensiyaların artımı üçün tələb olunan vəsait açıqlandı

 

 Azərbaycanda pensiyaların bütöv məbləğinin artırılması üçün təxminən 178 mln. manat tələb olunur

 

Yenixeber.org: Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov məlumat verib: "Artıq pensiyanın baza, sığorta hissəsi bölünmür, ümumi məbləğ var. Artımlar bütün məbləğə şamil olunacaq. Növbəti ilin yanvar ayında Dövlət Statistika Komitəsi 2017-ci il əmək haqqının artım tempi barədə məlumat verəcək. Pensiyaların bütün məbləği həmin artım qədər indeksləşdiriləcək".

"Hesablamalarımıza əsasən, hazırda həmin dövlət quluqçularının, hərbi qulluqçuların və digər bu kateqoriyadan olanların pensiyalarına əlavələri çıxsaq, yerdə qalan aylıq ödəmə məbləği təxminən 228 mln. manat təşkil edir. Bu il əmək haqqı artımının 6,5% təşkil edəcəyi gözlənilir. Buna görə də 228 mln. manatın 6,5 %-i götürülüb 12 aya vurulsa, bu, təqribən 178 mln. manat vəsait edir. Bunun da 148 mln. manatını Fond öz gəlirləri hesabına təmin edə bilər. 30 mln. manatlıq hissə isə açıq qalır. Onun da dövlət büdcəsindən verilən transfertin 30 mln. artırılması hesabına maliyyələşdirilməsi nəzərdə tutulur. Buna görə də gələn il DSMF-nin büdcəsinin balanslaşdırılması üçün bu ilə nisbətən 30 mln. manat çox, yəni 1,3 mlrd manat vəsait yönəldilməsi nəzərd tutulur", - nazir əlavə edib.

S.Müslümov qeyd edib ki, yaşa görə müavinət alanların sayında artım var: “Bu da əsasən pensiya ilə bağlı qanunvericilikdə dəyişiklik nəticəsində əmək pensiyası almaq imkanlarının məhdudlaşdırılması ilə bağlıdır. Yaşı çatmış şəxslərin pensiya almaq imkanlarını müəyyən qədər azalıb. Belə ki, işləmək, işi legallaşdırmaq, sosial sığorta haqqı ödəmək lazımdır ki, həmin şəxsin əmək pensiya almasına imkan yaransın".

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam