Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İş axtaranların nəzərinə– YENİLİK + VİDEO

 

İş axtaranların nəzərinə

 

Müəssisə və təşkilat rəhbərlərinin gənc kadrlara marağını artırmaq üçün layihə işə salınır. Artıq iş yerini itirən şəxslərin də yeni iş tapmaları problem olmayacaq

 

Yenixeber.org: Xəzər TV-yə istinadən məlumatına görə, bu, “İşsizlikdən sığorta haqqında qanun”un tətbiqi ilə mümkün olacaq.

Hesablamalara əsasən, yeni mexanizm il ərzində Sığorta Fonduna 90 milyona yaxın vəsait qazandıracaq. Vəsait müxtəlif sahələr üzrə xərclənəcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq siyasəti şöbəsinin müdiri Elnur Süleymanovun sözlərinə görə, işəgötürən təhsilini yeni bitirən gənci ən azı 2 il ərzində işlə təmin etməlidir. Bundan başqa, əmək bazarına daxil olmaqda çətinlik çəkən sığorta olunanların da yeni işlə təmin olunması həyata keçiriləcək.

Fond hesabına görüləcək tədbirlər sırasında peşə hazırlığı və əlavə təhsilin, peşə yönümünə dair məsləhət xidmətinin, ayrılan qrantla əmək yarmarkasının təşkili kimi sahələr də var. Bağlanan və müflis olan müəssisələr nəzarə alınaraq fondun vəsaitinin 35 milyona yaxını işsizlik sığortasına ayrılıb.

“İşsizlikdən sığorta haqqında qanun” gələn ilin yanvar ayının 1-dən qüvvəyə minəcək. İş yerini itirənlər işsizlik sığortası ilə aylıq ödəniş alacaqlar. Bu layihədə əsas məqsəd işsizləri yeni iş axtarmağa sövq etməkdən ibarətdir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam