Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ölkədə suçiçəyi xəstəliyi ilə bağlı mövcud vəziyyət açıqlandı

Ölkədə suçiçəyi xəstəliyi ilə bağlı mövcud vəziyyət açıqlandı

 

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) ölkədə suçiçəyi xəstəliyi ilə bağlı mövcud vəziyyəti dəyərləndirib

 

Yenixeber.org: RGEM-in direktor müavini Afaq Əliyeva Trend-ə deyib ki, yay aylarında bu xəstəliyə yoluxanların sayı azalmağa doğru dəyişib.

Onun sözlərinə görə, hazırda da suçiçəyinə yoluxanların sayında azalma müşahidə edilir: “Hər 3-4 ildən bir bu xəstəliyin artımı müşahidə edilir. Hələ artım müşahidə edilmir. Xəstəliyin əsas yayılma dövrü qışda olur. Qışda əhali daha çox qapalı mühitdə olduğundan hava-damcı infeksiyalarının artımı baş verir. Hələlik xəstəliyin haradasa qeydə alınması barədə bizə məlumat daxil olmayıb. Ola bilər ki, xəstəlik tək-tək hallarda qeydə alınsın. Amma xəstəliyin xeyli artması barədə danışmaq düzgün deyil”.

A.Əliyeva bildirib ki, Azərbaycanda suçiçəyinə qarşı peyvəndin tətbiqi hələ nəzərdə tutulmayıb.

O əlavə edib ki, 2018-ci ilin peyvənd təqvimində də dəyişikliyin aparılması nəzərdə tutulmayıb: “2016-cı ildə inaktivləşdirilmiş poliomielit vaksini tətbiq etdik. 3 valentli poliomielitdən 2 valentli poliomielit vaksinə keçdik. Ancaq növbəti ildə heç bir yeni peyvəndin tətbiqi nəzərdə tutulmayıb”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam