Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Binəqədi, Mərdəkan, Binə, Şüvəlan sakinləri,OXUYUN! -

Binəqədi, Mərdəkan, Binə, Şüvəlan sakinləri,

 

10 yaşayış məntəqəsində - Bakı şəhəri Binəqədi rayonunun Binəqədi və 28 May, Xəzər rayonunun Mərdəkan, Şağan, Şüvəlan və Binə qəsəbələrində, eləcə də Abşeron rayonunun Mehdiabad, Novxanı qəsəbələri, Pirəkəşkül və Qobustan kəndlərində yeni içməli su və kanalizasiya şəbəkələri yaradılacaq

 

Yenixeber.org: Bu barədə “Azərsu” Açıq Səhmdar Cəmiyyətindən (ASC) məlumat verilib.

Bildirilir ki, hazırda 7 kənd və qəsəbədə tikinti-quraşdırma işləri davam etdirilir, digər 3 qəsəbədə isə inşaat işlərinə yaxın vaxtlarda başlanılacaq.

Ümumilikdə, 10 yaşayış məntəqəsində 70 km içməli su, 11 km kanalizasiya xətlərinin tikintisi nəzərdə tutulub. Qısa müddət ərzində kənd və qəsəbələrdə 26 km içməli su, 2 km kanalizasiya xətləri inşa edilib. Tikinti-quraşdırma işlərinin 2017-ci ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulub.

Kənd və qəsəbələrdə yeni su və kanalizasiya şəbəkələrin yaradılması nəticəsində 37 min nəfərin içməli su təchizatı, 9 min nəfərin kanalizasiya xidmətlərindən istifadəsi əsaslı şəkildə yaxşılaşacaq. 3 km uzunluğunda Mərdəkan-Şağan-Şüvəlan magistral su xəttinin istismara verilməsi perspektivdə Mərdəkan, Şağan və Şüvəlan qəsəbələrində 54 min nəfərin içməli su təminatına imkan yaranacaq. Bu layihələrdən 100 min nəfər sakin yararlanacaq.

Bakı şəhəri Binəqədi rayonunun Binəqədi və 28 May, Xəzər rayonunun Mərdəkan, Şağan, Şüvəlan və Binə qəsəbələrində, eləcə də Abşeron rayonunun Mehdiabad, Novxanı qəsəbələri, Pirəküşkül və Qobustan kəndlərində görüləcək işlərin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən “Azərsu” ASC-yə 13,32 milyon manat vəsait ayrılıb.

    

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam