Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Füzulinin Kərimbəyli kəndinə içməli su verilib

 

 

Cəbhə bölgəsində yerləşən Füzuli rayonunun Kərimbəyli kəndinin içməli su problemi həll edilib

 

Yenixeber.org: “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Novruz bayramı ərəfəsində layihənin açılışı keçirilib.

Mərasimdə Füzuli Rayon İcra hakimiyyətinin başçısı Alı Alıyev son illər rayonda həyata keçirilən abadlıq və quruculuq işləri barədə məlumat verib. O qeyd edib ki, işğaldan azad olunmuş yaşayış məntəqələrinin, o cümlədən Kərimbəyli kəndinin kommunal xidmətlərlə təminatı dövlət tərəfindən həmişə diqqətdə saxlanılıb. 

“Azərsu” ASC-nin sədr müavini Seymur Seyidov deyib ki, cəbhəyanı ərazidə yerləşən kəndlərin içməli su təchizatı xüsusi diqqətdə saxlanılıb: "Ağdam, Tərtər, Goranboy, Qazax, Füzuli, Tovuz və digər rayonların cəbhə xəttinə yaxın kəndlərində içməli su layihələri icra edilib. Vaxtilə Kərimbəyli kəndində su təchizatı sistemi yaradılsa da, Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində yaşayış evləri və kommunal infrastruktur, o cümlədən su təchizatı sistemləri dağıdılıb. Yeni layihə çərçivəsində kəndin su təchizatı sistemi tam bərpa edilib. Bununla da dövlət başçısının “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” sərəncamı çərçivəsində layihələrin icrası tam başa çatdırılıb. Kənd yaşayış məntəqələrinin içməli su ilə təchizatı layihələri bu il də davam etdiriləcək".

Kənd sakinləri bildiriblər ki, uzun illər içməli suya olan tələbatlarını həyətyanı sahələrindəki quyular hesabına və ya daşıma yolu ilə ödəyirdilər. Yeni layihənin icrası bu problemi birdəfəlik həll edib.

Xatırladaq ki, layihəyə əsasən, Füzuli rayonunun Kərimbəyli kəndini içməli su ilə təmin etmək üçün 1 ədəd subartezian quyusu qazılıb, su mənbəyində nasos, transformator və elektrik xətləri quraşdırılıb. Kənddə mövcud olmuş hər birinin tutumu 500 kubmetr olan 2 ədəd su anbarı əsaslı təmir edilib. Kərimbəyli kəndində müxtəlif diametrli polietilen borularla 6,5 km uzunluğunda su xətləri çəkilib, əhalinin ümumi istifadəsi üçün 32 ədəd bulaq quraşdırılıb. Bu layihə kəndin 2 minə yaxın sakinin içməli su təminatının yaxşılaşdırılmasına imkan yaradıb.

Xatırladaq ki, Prezidentin “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” sərəncamına uyğun olaraq, ölkənin 28 rayonunun 170 yaşayış məntəqəsində içməli su təchizatı sistemləri yaradılıb. Bu layihələrin icrası nəticəsində həmin kəndlərdə 271 min nəfər içməli su ilə təmin olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam