Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Bakıda qəribə avtomobil peyda oldu

Bakıda qəribə avtomobil peyda oldu

 

Paytaxtda fərqli nömrə nişanına malik avtomobil görülüb

 

Yenixeber.org: Üzərində Ağdam yazılan avtomobil bir müddət öncə paytaxtın Tibilisi prospektində görüntülənib.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib ki, maşının qeydiyyat şəhadətnaməsində dövlət nömrə nişanının yerinə Ağdam yazılıbsa, deməli o nömrə qanunidir. Lakin bizim ölkəmizdə deyil:

“Bəzi ölkələrdə dövlət qeydiyyat nişanı verilərkən sürücünün arzu və istəyi nəzərə alınır. Avtomobili alan şəxsin arzusu nəzərə alınaraq, rüsum ödənildikdən sonra verilir. Verilmiş nömrə əsasında avtomobil idarə edilir. Bildiyim qədərilə, Ukrayna və Gürcüstanda avtomobil sahibinin arzusuna və onun ödədiyi vəsait hesabına, standarta uyğun dövlət nömrə nişanı verilir. Bu nömrə nişanları qeydiyyat şəhadatnaməsində öz əksini tapır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa görə, ölkəmizə gətirilən və dövlət qeydiyyatına alınan nəqliyyat vasitələrinə bu tipli nömrələr verilmir. Bu nömrələr çox güman ki, xaricdə idarə edilən avtomobillərdir və onların qanunvericiliyində göstərilənlər kimidir. Avtomobil paytaxtda görülübsə, çox güman ki yol polisi tərəfindən saxlanılıb və öyrənilib. Yəqin ki, tranzit avtomobil kimi idarə edilib".

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam