Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

"Azəristiliktəchizat"a qarşı maliyyə sanksiyası tətbiq olunacaq

"Azəristiliktəchizat"a qarşı maliyyə sanksiyası tətbiq olunacaq

 

2015-ci ildə dövlət büdcəsinin funksional təsnifatının "Mənzil və kommunal təsərrüfatı" bölməsindən və iqtisadi təsnifatın "Məhsula görə ödənişlər" xərc maddəsindən "Azəristiliktəchizat" ASC-yə təsərrüfat fəaliyyətinin maliyyə nəticələri üzrə yaranmış zərərin ödənilməsi üçün 22 mln. 614,754 min manat subsidiya ödənilib, lakin Vergilər Məcəlləsinin 104-cü və 106-cı maddələrinin tələblərinə əməl edilməyərək, ƏDV-siz 19 mln. 165 min 45,7 manat məbləğində subsidiya gəlirə aid edilməyib

 

Yenixeber.org: Bu barədə Hesablama Palatasının rüblük rəsmi məlumat bülletenində qeyd edilib. Nəzarət tədbiri 2015-ci ilin aprel-dekabr ayları və 2016-cı ili əhatə edir.

Bülletendə qeyd edilib ki, ASC tərəfindən Vergi Məcəlləsinin 159-cu maddəsinin tələblərinə tam əməl edilməyərək büdcəyə çatası ƏDV 239,485 min manat az hesablanıb, cəmiyyət tərəfindən Vergi Məcəlləsinin 150.1.7-ci maddəsinin tələblərinə əməl edilməyərək vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan, VÖEN təqdim etməyən fiziki şəxslərin göstərdiyi xidmətlərə görə həmin fiziki şəxslərə ödənilmiş vəsaitdən 2015-ci il üzrə 113 min 912,5 manat və 2016-cı il üzrə 304,665 min manat ödəmə mənbəyində vergi tutulmayıb.

Dövlət qurumu tərəfindən Vergi Məcəlləsinin 175.1.3-cü maddəsinin tələblərinə tam əməl edilməyərək auditlə əhatə olunan dövr üzrə 1 mln. 316 min 856,4 manat ƏDV məbləği gec ödənilib, ƏDV məbləğinin əsas məbləğdən gec ödənilməsinə görə Vergi Məcəlləsinin 58.6-cı maddəsində 658 min 428,2 manat maliyyə sanksiyasının tətbiq olunması nəzərdə tutulub.

"Azəristiliktəchizat" ASC müstəqil hüquqi şəxsdir. Nizamnamə kapitalı 19,266 mln. manat olmaqla 963300 ədəd adi səhmlərdən ibarətdir. Səhmlərin 100%-i dövlətə məxsusdur.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam