Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Yol polisi bayramla əlaqədar sürücülərə xəbərdarlıq edib

  Yol polisi bayramla əlaqədar sürücülərə xəbərdarlıq edib

 

Baş Dövlət Yol Polisi İdarəsi Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı sürücülərə və digər yol hərəkəti iştirakçılarına müraciət edib

 

Yenixeber.org: İdarənin şöbə rəisi, polis polkovniki Kamran Əliyev  bildirib ki, bayram günləri ilə əlaqədar, DİN rəhbərliyinin göstərişinə əsasən, daxili işlər orqanlarının, o cümlədən Dövlət Yol Polisinin bütün şəxsi heyəti dekabrın 31-dən yanvarın 4-dək gücləndirilmiş iş rejimində çalışacaq: “Küçə və yollarda hərəkət iştirakçılarının təhlükəsizliyinin, onların rahat və fasiləsiz hərəkətinin təmin olunması üçün yol polisi təkcə şəhər və rayonlararası yollarda deyil, bütün yerli əhəmiyyətli yollarda da nəzarəti gücləndirəcək. Bayram günlərində sükan arxasına əyləşən, xüsusilə uzaq məsafəli səfərlərə çıxan sürücülərin diqqətinə çatdırırıq ki, yol boyu diqqətli olsunlar, qaydalara ciddi riayət etsinlər. Bəzən bayramdan bir gün əvvəl insanlar işdən yorğun halda çıxıb ailə üzvləri, dostları, yaxınları ilə hansısa rayona, istirahət yerlərinə gedirlər. Bu o deməkdir ki, həmin sürücü axşam vaxtı ən az 150-300 km məsafədə yol qət edəcək. İşdən sonrakı yorğunluq və gecə vaxtı avtomobil idarə etməyin çətinliklərinin nəzərə alınmaması bəzən ağır qəzalara səbəb olur. Gündüz saatlarından fərqli olaraq axşamlar görünüş xeyli məhdud olur. Üstəlik, qış aylarında yollarda yağıntı, yaxud duman da ola bilər”.

 

K. Əliyevin sözlərinə görə, bayram günlərində səfərə çıxanların sayının çoxluğu yollarda nəqliyyatın hərəkət intensivliyini artırır ki, bu da sürücünün avtomobili uzun müddət gərgin vəziyyətdə idarə etməsi deməkdir: “Rayonlararası yollarda qarşıdan gələn nəqliyyat vasitələrinin tez-tez uzaq işıqlardan istifadə etməsi və digər amillər də istər-istəməz sürücüyə müəyyən çətinliklər yaradır. Odur ki, yola çıxarkən bu məqamlara diqqət yetirmək lazımdır. Heç kəs özünü, ailə üzvlərini fikrində tutduğu planlarının, istəklərinin qurbanına çevirməməlidir”.

 

Kamran Əliyev bildirib ki, dekabrın 30-31, eləcə də yanvarın 4-5-də yollarda nəqliyyat sıxlığının müşahidə olunacağı ehtimal edilir: “Adətən bayramın ilk günü rayonlara, sonuncu günü isə rayonlardan Bakıya axın daha çox olur. Əksər sürücülər də yola çıxarkən vacib oldu-olmadı mənzil başına tez çatmaq üçün tələsir. Qəribədir, insan istirahətə, bayramlaşmağa gedəndə də tələsir, evə qayıdanda da. Bunları nəzərə alaraq, bir daha sürücülərə tövsiyə edirik ki, yola nəzərində tutduqları vaxtdan ən azı bir saat əvvəl çıxsınlar ki, tələsməyə ehtiyac olmasın, həm də mümkün qədər çalışıb qaranlığa qalmasınlar. Əgər kimsə hərəkət zamanı özündə yorğunluq və ya narahatlıq hiss edərsə, yol polisinin stasionar postlarında dayanıb fasilə edə bilər. Bunun üçün bütün postlarımızda xüsusi yerlər ayrılıb. Heç nədən çəkinmədən posta yaxınlaşıb bir az dincinizi alandan sonra rahat şəkildə yolunuza davam edə bilərsiniz”. Yol polisi sürücülərə sürət həddini aşmadan, spirtli içkinin təsiri altında yola çıxmadan, ötmə-manevr qaydalarına əməl etməklə rahat, təhlükəsiz və uğurlu yol arzulayır, hər bir hərəkət iştirakçısını Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bayramı münasibətilə təbrik edir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam