Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycanda avtomobillər vergiyə cəlb ediləcək?- AÇIQLAMA

Azərbaycanda avtomobillər vergiyə cəlb ediləcək?

 

Türkiyədə nəqliyyat vasitəsi sahibləri ildə iki dəfə avtomobil vergisi (Motorlu Taşıtlar Vergisi) ödəyir

Yenixeber.org: Bu sıraya avtomobil, motosiklet, təyyarə, helikopter, gəmi, ümumiyyətlə, mühərriki olan bütün nəqliyyat vasitələri daxil edilir. Bu vasitə sahibləri hər il yanvar və iyul aylarında dövlətə avtomobil vergisi ödəyirlər. Verginin hesablanması isə nəqliyyatın növü və ilinə görə dəyişir.

Maraqlıdır, Azərbayanda avtomobil vergisi tədbiq oluna bilərmi?

Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov Metbuat.az-a açıqlamasında bildirir ki, Azərbaycanda da avtomobillərə görə xeyli vergi var:

“Xaricdən gətirilən avtomobillə bağlı aksis və ƏDV vergisi, yanacağın üstündə ödənilən yol vergisi bu sıraya daxildir. Bir də, bizdə hüquqi şəxslərin mülkiyyətində olan avtomobillərə görə əmlak vergisi var idi. Lakin bu vergi 2017-ci ildə ləğv edildi. Dünyanın bir çox ölkələrində avtomobillər əmlak olaraq vergiyə cəlb olunur. Həmin vergini avtomobillərin dəyəri, mühərrik həcmi və markasına görə tədbiq edirlər. Azərbaycanda avtomobil vergisi tədbiq olunsa, gərək əhalinin aztəminatlı təbəqəsinə təsir etməsin. Yəni, 200 min manatlıq avtomobillə 5 min manatlıq avtomobil sürənlərə eyni vergi tədbiq etmək olmaz”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam