Redaktor seçimi
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Günün xəbəri

Nazirlikdən uşaqlar arasında yayılan naməlum virusla bağlı açıqlama

 

 

Qeyd edək ki, yay fəslində uşaqlar arasında qızdırmanın qalxması, qusma, ishal halları müşahidə olunur. Bir neçə gün çəkən bu xəstəliyi həkimlər naməlum virusla əlaqələndirirlər.

 

 "Xeberinfo.com":    Nazirlikdən verilən məlumatda bildirilir ki, son günlər azyaşlı uşaqlar arasında spesifik virusların yayılması haqda məlumatlar yayılır. 

“Uşaqlar arasında qusma, ishal və yüksək hərarət kimi əlamətlərlə müşayiət olunan və ağır fəsadlar əmələ gətirən xəstəliyin yayılması haqqında məlumatlar heç bir kütləvi hal daşımır və tibb müəssisələrinə müraciətlərdə artım müşahidə olunmur”. 

Elmi Təhqiqat Pediatriya Institutunun direktoru, ölkənin baş pediatrı N.Quliyev bu məlumatların həqiqəti əks etdirmədiyini bildirir. Onun sözlərinə görə, uşaqlar arasında qusma və ishalla müşayiət olunan və qastroenterit adlanan xəstəlik mövsimi xarakterlidir və bir qayda olaraq yay mövsümündə bu xəstəliklərin sayında nisbətən artım müşayiət olunur. 

“Bu diaqnoz müxtəlif səbəblərdən, o cümlədən, yay mövsümündə qidaların tez xarab olması, eləcə də uşaqlara yaşına uyğun olmayan qidaların verilməsi, yaxud isti havada gün şüalarının altında çox qalmaları ilə əlaqədar ola bilər”.   

Baş pediatr, eyni zamanda, yay mövsümündə istər bakteriya, istərsə də virusların tərəfindən törədilən qastroenteritlər baş verə biləcəyini də istisna etmir. Belə hallardan qorunmaq üçün ilk növbədə valideynlərin öz uşaqlarına qarşı maksimum diqqətli olması və bənzər əlamətlərlə vaxtında həkimə müraciət etməsi vacibdir.   

Qeyd edək ki, Bakı şəhərində 2 yaşlı Həsən Abdulmüslümov məhz bu diaqnozla-qusma və qızdırmasının qalxması ilə xəstəxanaya yerləşdirilib, müalicə olunub. Lakin onun həyatını qurtarmaq mümkün olmayıb. Onu müalicə edən həkimlər isə bunu son vaxtlar şəhərdə yayılan  “virus”un uşağın bədəninə yayılması ilə əlaqələndirib.   



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam