Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
Günün xəbəri

Bakı Olimpiya Stadionundakı rekord saxta çıxdı

 

 

 

UEFA Çempionlar Liqasında qrup mərhələsinin II turunun oyunları arasında ən çox azarkeş Bakıda baş tutan “Qarabağ” – “Roma” matçında qeydə alınıb.

Yenixeber.org: Qitənin futbol qurumu bu oyunu 67200 nəfər azarkeşin izlədiyini bildirib.

 Əslində isə bu qarşılaşmanı 57 min həndəvərində azarkeş izləyib. Qitənin ali futbol qurumunun açıqladığı 67200 isə satılmış biletlərin sayı olub.

 Məsələ burasındadır ki, UEFA meydan sahibi klubun oyunlar üçün satdığı bilet sayına istinad edib. Bu məlumat da UEFA nümayəndələrinə Ağdam təmsilçisi tərəfindən ötürülüb.

 Məsələ ilə bağlı saytımıza açıqlama verən qarşılaşmanın keçirildiyi Bakı Olimpiya Stadionun mətbuat xidmətinin rəhbəri Cəmilə Sultanova məlumatı təsdiqləyib: “Əksər insanlar oyundan sonra UEFA-nın açıqladığı rəqəmi təəccüblə qarşıladı. Onlar matç zamanı tribunalardakı boşluqları əsas götürərək açıqlanın məlumatın doğru olmadığını bildirdilər. Stadion rəhbərliyi olaraq bildirmək istəyirik ki, bu məlumatı UEFA “Qarabağ” klubunun rəsmiləri veriblər. Onlar da satılan biletlərin sayını əsas götürüblər. Stadionda isə təxminən 57-58 min azarkeş olub”.

Qeyd edəki, sentyabrın 27-də baş tutmuş qarşılaşma “Roma”nın 2:1 hesablı qələbəsi ilə yekunlaşmışdı.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam