Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Cavid Qurbanov bir qrup jurnalistə ev bağışlayıb?

 

cavid qurbanov

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (ADY) sədri, Azərbaycan Milli Məclisinin deputatı Cavid Qurbanov bugünlərdə bir qrup jurnalistə Bakıda ev bağışlayıb. Bu barədə “AzPolitika”ya məlumatlı mənbə xəbər verib.

Yenixeber.org: Məlumata görə, ADY sədri bu ilin iyul ayında Prezident İlham Əliyevin sərəncamı əsasında mətbuat işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə tikilmiş 2-ci binada mənzillərin bölgüsü zamanı kənarda qalmış, mənzil sahibi ola bilməmiş bir qrup jurnalisti mükafatlandırıb. C.Qurbanov hesab edib ki, bölgü zamanı bu jurnalistlərə qarşı haqsızlıq edilib. Üstəlik, əslən Kəlbəcərdən olan bu jurnalistlər haqsızlığa məhz ona görə məruz qalıblar ki, ADY sədri ilə yaxın münasibətlərdə olublar…

7d8bf13a8bb6cb41dfab627c24a6420c

Belə olduqda hörmətli C.Qurbanov çox böyük jest və ləyaqətli hərəkət edərək, rəhbərliyin razılığı ilə sözügedən jurnalistləri şəxsən özü evlə mükafatlandırıb. Bununla da o, işgüzar və şəxsi münasibətlərdə nə qədər etibarlı və güvəniləcək biri olduğunu da ətrafına bir daha nümayiş etdirmiş olub…

Məlumatda həmçinin o da qeyd olunur ki, ADY sədri, müəyyən səbəblərdən adlarını çəkmək istəmədiyimiz jurnalistlərə şəhərin prestijli bölgələrində yeni tikilmiş binalardan mənzillər bağışlayıb.

Xatırlatmaq yerinə düşər ki, C.Qurbanovdan əvvəl Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov da mətbuat işçiləri üçün tikilmiş binadan ev ala bilməyən bir jurnalistə Naxçıvan şəhərindən 3 otaqlı mənzil bağışlamışdı.

Rasim


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam