Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Azərbaycanda 11 mindən çox yeni iş yeri açılacaq

Azərbaycanda 11 mindən çox yeni iş yeri açılacaq

 

Biznes mühitinin yaxşılaşdırılması, yeni müəssisələrin yaradılmasının dəstəklənməsi, sənaye istehsalının artırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına uyğun olaraq, investisiya təşviqi mexanizmi yaradılıb. 

Yenixeber.org cebhe.info-ya istinadən xəbər verir ki, İnvestisiya Təşviqi sənədi Azərbaycan Respublikasının Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş güzəştləri əldə etməyə əsas verir. 

Bu güzəştlərə 7 il müddətinə mənfəət və ya gəlir vergisinin 50%-dən azadolma, torpaq və əmlak vergisindən tam azadolma, layihə çərçivəsində xaricdən idxal olunan texnika, texnoloji avadanlıq və qurğunun gömrük rüsumu və ƏDV-dən tam azadolması aiddir. İndiyədək 169 sahibkarlıq subyektinə 182 investisiya təşviqi sənədi təqdim edilib. İnvestisiya təşviqi sənədi verilmiş layihələrin reallaşması nəticəsində yerli istehsala 1,6 milyard manat investisiya yatırılması, 11 mindən çox yeni iş yerlərinin açılması nəzərdə tutulur. İnvestisiya təşviqi sənədləri hesabına reallaşdırılacaq layihələrin 1-i Bakı şəhərində, 66-sı Bakıətrafı qəsəbələrdə və Abşeron rayonunda, 115-i isə digər iqtisadi rayonlarda həyata keçiriləcək. Verilmiş 182 investisiya təşviqi sənədinin 70-i kənd təsərrüfatı, 112-i isə sənaye yönümlü layihələrdir. Ən çox investisiya təşviqi sənədi intensiv bağçılıq, bostançılıq və çayçılıq, qida məhsullarının istehsalı, rezin və plastmas məmulatların istehsalı sahələrində reallaşdırılan layihələrə verilib. Eyni zamanda, investisiya təşviqi sənədləri əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların güzəştli şərtlərlə idxalı üçün 169 sahibkarlıq subyektinə 744 təsdiqedici sənəd təqdim edilib. Təsdiqedici sənədlər əsasında sahibkarlıq subyektləri tərəfindən əldə olunan ümumi güzəştin dəyəri 30,5 milyon ABŞ dollarıdır. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam