Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ölkəyə hazırkı turist axını İslam Oyunları ilə bağlıdır –MONİTORİNQ

Ölkəyə hazırkı turist axını İslam Oyunları ilə bağlıdır –

 

Yenixeber.org: “Ortaq Dəyərlər” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə may-iyul aylarında “IV İslam Həmrəyliyi Oyunlarına ictimai dəstək:

 

Azərbaycanda İslam və dini tolerantlıq modelinin təbliği” layihəsi çərçivəsində medianın monitorinqini həyata keçirib.

 

10 gündəlik qəzet, 5 xəbər portalı, 8 yerli telekanal üzərində həyata keçirilmiş monitorinqdə bəlli olub ki, IV İslam Həmrəylik Oyunları cari ilin əvvəlindən Azərbaycan mediasının aparıcı mövzularından birinə çevrilib.

 

Belə ki,  media günlük fəaliyyətində Oyunların keçirilməsinə hazırlıq prosesi, iştirakçı dövlətlərin komandaları, oyunları keçirildiyi dövr və nəticələri ilə bağlı operativ xəbərlər yayınlamışlar.

Monitorinq edilən media orqanlarında xəbərlərin təhlilinə görə daha çox internet resursları oyunlarla bağlı xəbərlərə yer verib. Bu da internet resurslarının daha çox yayım imkanlarına malik olması ilə bağlıdır.

 

Monitorinq hesablamalarına görə oyunlarla bağlı günlük xəbər yayımında

 

Saytlarda 65 %

Qəzetlərdə 38 %

Televiziyalarda 45 %

xəbərlər yer alıb.

 

Monitorinq nəticəsində bu qənaətə gəlinib ki, IV İslam Həmrəylik Oyunları Azərbaycanın İslam aləmində, həmçinin, dünyada nüfuzunun, etibarının artması baxımından çox böyük tarixi hadisə hesab oluna bilər.

 

Oyunlardan sonra yay mövsümündə müxtəlif müsəlman ölkələrindən Azərbaycana indiyədək görünməmiş turist axınını da bu oyunların yüksək səviyyədə təşkili və Azərbaycanın İslam dəyərlərinə, İslam ölkələrinin əhalisinə verdiyi yüksək qiymətlə əlaqələndirmək olar. Bu işdə isə Azərbaycan mediası üzərinə düşən təbliğat işini layiqincə yerinə yetirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam