Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Avtovağzal” ətrafında təmizlik başladı

“Avtovağzal” ətrafında təmizlik başladı

 

Sumqayıt-Bakı yolu, “Avtovağzal” metro stansiyası yaxınlığında yerləşən yaşayış massivində yaşayan sakinlərin çoxsaylı müraciətləri nəzərə alınaraq, ərazidə ağacların qorunması və yaşıllıq zonasının daha da genişləndirilməsi, həmçinin ictimai zonanın yaradılması məqsədilə layihələndirmə işləri aparılıb.

Yenixeber.org Azərtac-a istinadən xəbər verir ki, aparılan layihələndirmə işləri çərçivəsində ərazidə hündürlüyü 4-5 metr olan 1900 kvadratmetr hasar hörgüsü inşa edilib, 250 metr məsafəyə səki daşları, 400 kvadratmetr tamet daşı düzülüb. Ərazidə yaşıllaşdırma işləri də aparılıb. 5 min kvadratmetr sahəyə yaşıl çəmən örtüyü salınıb, 2300 ədəd həmişəyaşıl bəzək kolları, 50 ədəd buksus kolları, müxtəlif gül-çiçək, ağaclar və dekorativ bitkilər əkilib, 1 ədəd söhbətgah, 22 ədəd oturacaq, 350 metr ərazidə avtomatlaşdırılmış suvarma sistemləri quraşdırılıb.

Yolun Sumqayıta doğru uzanan istiqamətində uzunluğu 157 metr, hündürlüyü 1,8 metr olan hasar hörülüb, 147 metr əraziyə səki daşları düzülüb, 525 kvadratmetr sahədə yaşıl çəmən ötu və 10 ədəd bəzək kolları əkilib.

Hazırda ərazidə abadlıq işləri sürətlə davam etdirilir və yaxın vaxtlarda sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam