Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Azəravtoyol” DSMF-yə ödənişlərini şişirdir –Hesablama Palatası

 

p1

Yenixeber.org:  2015-ci ildə “Avtomobil yolları” Məqsədli Büdcə Fondunun təsdiq edilmiş xərclər smetasında 290 mln. min manat vəsaitin 2 mln. 834,6 min manatı “Azəravtoyol” ASC-nin aparat xərclərinə, 287 mln. 165,4 min manatı isə yerli qurumlara nəzərdə tutulduğu halda dövlət şirkətinin aparat xərclərinə 2 mln. 989,6 min manat və ya smeta xərclərindən 155 min manat çox, yerli qurumların saxlanılmasına isə 287 mln. 10,4 min manat və ya smeta xərclərindən 155 min manat az xərc edilib.

 Bu barədə Hesablama Palatasının 2016-cı il üzrə hesabatında deyilir.

Yerli qurumlar üzrə smeta xərclərinin faktiki xərclərdən az olmasının səbəbi aparat tərəfindən yerli qurumlar üzrə təsdiq edilmiş smetada yolların saxlanılması və istismarı üzrə bəzi xərclərdən azaldılması və təyinatının dəyişdirilərək 155 min manat məbləğində aparat üçün digər maşın avadanlıqların alınması üçün xərc edilməsi hesabına olub.

Fondun vəsaiti respublika və yerli əhəmiyyətli yolların saxlanılması və istismarı üçün nəzərdə tutulmasına uyğun olaraq dövlət büdcəsinin icrası haqqında hesabata və Yerli Xəzinə Orqanı tərəfindən təqdim edilmiş yerli üzləşdirmə aktına əsasən yerli qurumlar üzrə xərc edilmiş vəsait cari təmir xərc maddəsindən aparılsa da, Maliyyə Nazirliyi və Nəqliyyat Nazirliyinin təsdiq etdiyi xərclər smetasına əsasən bu xərclərin təyinatı yolların əsaslı təmiri xərci kimi təsdiq edilib.

Yerli icra hakimiyyəti orqanlarında aparılan audit ilə şəhər və rayonlarda yolların əsaslı təmiri zamanı yol istismar idarələri (Yİİ) tərəfindən podrat müqavilələr əsasında işlərin yerinə yetirilməsi hallarının olduğu və Yİİ-lər tərəfindən balanslarından olan bütün dövlət əmlakı istismar edilərək podrat müqavilələrlə işlər yerinə yetirildiyi halda həmin dövr ərzində fonddan da onların saxlanılmasına vəsaitlər ayrılaraq xərc edilib, Bakı şəhərində olan yeraltı və yerüstü keçidlərin saxlanılması xərcləri “Avtomobil yolları” Məqsədli Büdcə Fondundan maliyyələşdirilməli olduğu halda, dövlət büdcəsinin “Nəqliyyat və Rabitə” bölməsindən də bu işlərə “Dövlət satınalmaları haqqında” qanunun tələbləri pozularaq satınalma proseduru həyata keçirilmədən ASC ilə kənar təşkilat arasında bağlanmış birbaşa müqavilə əsasında vəsait xərc edilib.

ASC tərəfindən “Avtomobil yolları” Məqsədli Büdcə Fondunun vəsaitinin ölkə ərazisində ümumi istifadədə olan respublika və yeri əhəmiyyətli avtomobil yollarının saxlanılması və istismarı üçün xərclənməsi qaydalarının 3.8-ci bəndinin tələbləri gözlənilmədən fondun hesabında ilin sonuna qalan vəsait növbəti ildə onun gəlirlərinə daxil edilməli olduğu halda bu vəsaitə mal alınması rəsmiləşdirilərək anbar qalığında saxlanılıb və növbəti ilin smeta xərcləri proqnozlaşdırılarkən nəzərə alınmayıb, mal-material alışı məqsədilə “Dövlət satınalmaları haqqında” qanunun tələbləri pozularaq satınalma prosedurları keçirilmədən icraçılarla birbaşa müqavilələr bağlanılaraq 196 mln. 558,1 min manat məbləğində fondun vəsaiti xərc edilib.

ASC tərəfindən təqdim olunan materiallara əsasən 8 mln. 23,1 min manat məbləğində vəsait Dövlət Sosial Müdafiə Fonduna ödənilib ki, bu da 34 mln. 638,8 min manat məbləğində əmək haqqının 22%-dən (7 min 620,5 manat) 402,6 min manat çox olub, lakin bu vəsait debitor borc kimi uçotda öz əksini tapmayıb, qaydalara əsasən ilin sonunda xərclənməyən vəsait növbəti ilin gəlirlərinə daxil edilməli olduğu halda 577,8 min manat məbləğində fondun vəsaiti müxtəlif müəssisələrin hesabına köçürülüb və ASC tərəfindən müxtəlif müəssisələr üzrə debitor borcları yaradılıb ki, onların da bərpası hesabat dövrünün sonuna təmin edilməyib.

“Azəravtoyol” ASC tərəfindən milli mühasibat uçotu standartlarına keçid təmin edilsə də, tabeli idarələrdə mühasibat uçotu köhnə təlimata uyğun aparılıb.

Hesablama Palatasının kollegiyası təhlilin nəticələrini müzakirə edərək aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində qanunvericiliyə uyğun zəruri tədbirlərin həyata keçirilməsi və görülmüş işlərə dair palataya məlumatın təqdim edilməsi barədə qərar qəbul edib və həmin qərar icra üçün “Azəravtoyol” ASC-yə göndərilib.

Palataya təqdim edilmiş məlumatda kollegiya qərarının ASC-də ətraflı müzakirə olunduğu və müvafiq tədbirlərin görüldüyü, həmçinin gələcəkdə bu istiqamətdə qanunvericiliyin tələblərinə ciddi əməl olunmasına nəzarətin təmin ediləcəyi bildirilib. Məlumatda həmçinin qeyd edilib ki, kollegiya qərarının icrası ilə əlaqədar yeraltı və yerüstü piyada keçidlərinin saxlanılması yerli qurumlar vasitəsilə həyata keçirilməsi təmin edilib.

“Azəravtoyol” ASC tərəfindən respublika üzrə ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının ümumi uzunluğu ilə işçi heyətinin sayı arasında optimal nisbətin təmin edilməsi, fondun vəsaitlərinin yolların (qurğuların) saxlanılması və təmirinə xərc edilməklə funksional fəaliyyətin yerinə yetirilməsi və xərclərin artırılmasına yol verilməməsi istiqamətində işlər görüləcək. Fondun vəsaitlərinin idarəetməyə yönəldilən hissəsinin azaldılması, təkrarçılığa yol verilməməsi, vahid yol sisteminin hissələrə bölünməsi səbəbindən yollara qeyri-bərabər səviyyədə xidmət göstərilməməsi, artıq ştat vahidlərinin saxlanılmaması məqsədilə strukturun təkmilləşdirilməsi ilə bağlı məsələlər ASC rəhbərliyinin diqqət mərkəzində saxlanılacaq.

Yerinə yetirilmiş yol təmir işləri üzrə hesabatların düzgün tərtib edilməsi, hesabatların smetaya və qüsur aktlarına uyğunluğunu təmin etmək, təmir olunan ərazilərdə aparılan frezləmə nəticəsində əldə edilən asfalt qırığının bitumlanmış qırmadaş kimi qiymətləndirilməsi, söküntünü əldə edilən materialların qanunvericiliyə uyğun mədaxil edilməsi üçün müvafiq idarə, şöbə və tabelikdə olan qurumlara ciddi göstəriş verilib. Tabeli qurumlar tərəfindən yerinə yetirilmiş işlərə görə təqdim olunan hesabatların düzgün tərtib edilməsinə, yerinə yetirilmiş iş və xidmətlərin kəmiyyət və keyfiyyət uyğunluğu normalarına əməl edilməsinə nəzarət gücləndirilib və artıq xərclərə yol verilməsinin qarşısı alınıb. Zərurət olmadığı halda fondun vəsaitinin müxtəlif müəssisələrin hesabına köçürülməsi və müxtəlif müəssisələr üzrə yaranmış debitor borcların azaldılması üçün aidiyyəti qurumlara göstərişlər verilib. DSMF üzrə 2016-cı ilin sonuna yaranmış borc ASC-nin illik yekun balansında öz əksini tapıb. ASC-də “Mühasibat uçotu haqqında” qanunun tələblərinə uyğun olaraq Milli mühasibat uçotu standartlarına keçidi təmin edilib. Tabelikdə olan qurumlar tərəfindən Milli mühasibat uçotu standartlarına keçidin təmin olunması sahəsində müvafiq işlər aparılıb və hal-hazırda bu işlər uğurla davam etdirilir.

“Avtomobil yolları” Məqsədli Büdcə Fondunun daxilolmalarının hesablanması, ödənilməsi və istifadəsinə dair ekspert-analitik fəaliyyəti üzrə təhlil nəticəsində aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq idarə və şöbələrə, eyni zamanda tabelikdə olan qurum rəhbərlərinə ciddi tapşırıq verilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam