Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Cəlilabadda əlilliyə gedən yolun “süzgəci”

 

 

 

    Əlillik üçün tələb olunan xəstəlik tarixindən Çıxarışın (”Epiqriz”) bu rayonda öz qiyməti var

 

   Cəlilabadda əlillərə xəstəxanalar tərəfindən saxta “Epiqriz”lərin verilməsi haqqında məlumatlar dolanır

“xeberinfo.com”: Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun Tibbi Sosial Ekspert Komissiyaları (TSEK) ilə bağlı məlum addımları ictimai arenada razılıqla qarşılanmaqdadır. Bürokratik əngəllər, süründürməçilik və rüşvətxorluq kimi pisliklər zatən insanları insanlıqdan çıxarmaqda idi. TSEK-da hamıya bəlli bir qayda, “summa” var idi, necə deyərlər “pulun var giriş, yoxdu ...”.

 

 

   Doğrudur, hələ də TSEK-da problemlərin həll olunmasını demək mümkün deyil, amma müəyyən irəliləyişlərin olması da həqiqətdir. Nə isə...

 

    Məlum olduğu kimi, əlillik dərəcəsinin alınmasında vacib sayılan sənədlərdən biri və bəlkə də ən vacibi stasionar və ambulotar xəstəlik tarixçələrindən Çıxarışdır. Buna camaat arasında “Epiqriz” də deyirlər. Hansı ki, mövcud qanunlara görə bu sənədin əldə olunması xəstənin müəyyən zaman kəsiyində xəstəxanada stasionar müalicəsindən keçir. Başqa sözlə əlillik dərəcəsi almaq istəyən şəxs stasionar və ambulator müalicə almalı, daha sonra da Çıxarışını alıb, digər sənədlərlə müvafiq TSEK-na müraciət etməlidir. 

 

      Çıxarışın bu dərəcədə əhəmiyyəti eyni zamanda onun yüksək qiyməti ilə müşahidə olunmaqdadır. Elə Cəlilabad rayonundan “xeberinfo.com”ya daxil olan məlumatda da bu qiymətlərin yüksəkliyindən və Çıxarışın saxtalığından bəhs olunur. Məlumata görə 300 manat qarışılığında alınan Çıxarışların saxtalığı 30 saylı TSEK tərəfindən müəyyən olunub. Belə ki, məlumata görə Cəlilabad rayon sakinləri Əliyev Əliqədir Ağaxan oğlu və Məmmədov Həsən Umudəli oğluna Cəlilabad rayon Göytəpə şəhər xəstəxanasından stasionar və ambulator müalicə ilə bağlı verilən Çıxarış heç bir əsası olmayan, saxta bir kağız parçası imiş. Bunun saxtalığı isə adları çəkilən şəxslərin 30 saylı TSEK-na müraciətindən sonra məlum olur.

 Necə? Biz qarşıdakı günlərdə aidiyyatı dövlət orqanlarına müraciət etməklə faktı araşdırıb, bu suala cavab tapmağa çalışacağıq. 

    Əslində sonra məlum olan çox nəsnələr olub. Sən demə bu kimi faktlar Cəlilabadda kütləvi hal almaqdadır. Biz bu məlumatlarla bağlı Cəlilabad rayon səhiyyə şöbəsinin müdiri cənab İlham Əliyevdən də açıqlama almaq istiqamətində çox çalışdıq. Təəssüf ki, bu istiqamətdəki çabalarımız nəticəsiz qaldı.

 

 

   Mövzunun davamı olacaq.

 

 

        Nizami

 

 

 

 










 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam