Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

50 ailəyə evlərini tərk etmək üçün bir neçə saat vaxt verildi -Bakıda


Yaşayış binasında olan 50 ailənin elektrik xətti kəsilib. Sakinlərə evlərini tərk eləmək üçün bir neçə saat vaxt verilib.

Xeberinfo.com:   Səbəb kimi isə binanın qəzalı vəziyyətdə olması göstərilib. Sakinlər uşaqlı-böyüklü hamısı gecə vaxtı həyətə çıxıblar.

Xezerxeber.az bildirir ki, paytaxtın Suraxanı rayonu Zığ qəsəbəsi Zığ küçəsi bina 43- də yaşayan sakinlər, Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən köçürülməyə etiraz edirlər.

Sakinlərin sözlərinə görə, onlara kirayədə qalmaq üçün ailə başına 200 -300 manat miqdarında pul təklif edilir. Ancaq sakinlər bununla razılaşmırlar.

Sakinlər qəzalı binadan köçürülmə ilə bağlı onlara əvvəlcədən xəbərdarlığın edilməməsindən də narazıdırlar.

Suraxanı Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov sayta bildirib ki, bina sürüşmə zonasında yerləşdiyi üçün sakinlər köçürülür. Baş verə biləcək hər hansı bir faciənin qarşısını almaq üçün də bütün kommunal xidmətlər dayandırılıb. Sakinlərə köçürüləcəkləri barədə 1 həftə əvvəl xəbər verilib. Nə qədər kirayə pulu veriləcəyi isə hələlik dəqiqləşməyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam