Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Slavyan Universiteti ilə bağlı anlaşılmaz qalmaqal: Sovet nostaljisi, yoxsa məqsədli hay-küy?


 

 Burası Azərbaycan Ədəbiyyat Universiteti deyil, Slavyan Universitetidir

 

Xeberinfo.com:  Bakı Slavyan Universiteti ətrafında qalmaqal səngimək bilmir. Sovet ideologiyasının nümunəsi kimi, slavyan xalqlarına dəxli olmayan “göz deşən” mozaikanın sökülməsi medianın aparıcı mövzusuna çevrilməkdədir. Az qala hər gün bu mövzuda bir yazı oxumalı oluruq. Ölkənin tanınmış simaları danışır, məqsədli-məqsədsiz hər kəs ağlına uyğun uydurur. Bəzən isə emosiyadanmı, yoxsa kiminsə təhriki iləmi... Elə bil ölkənin başqa problemi yoxdur, sovet mozaikası prioritet olub. 

Bakı şəhərində demək olar ki, sökülüb, yenidən tikilən bina qalmayıb. Şəhərin ümumi görünüşü səbəbindən istər inzibati, istərsə də yaşayış binalarının fasadları yenilənir. Doğrudur, bəzən bu işlər lüzumsuz və hansısa marağa hesablanmış olur. Amma bəzən, həmişə yox. Konkret olaraq Bakı Slavyan Universitetində isə sökünütü vacib idi.Yalnız ona görə yox ki, bu mozaika “srok”unu çəkib, təhlükə doğurur. (Bu haqda universitet rəsmisinin aydın, hər kəsin anlaya biləcəyi şəkildə açıqlaması var.) Həm də ona görə ki, bu təhsil müəssisəsi Slavyan Universitetidir, Azərbaycan Ədəbiyyat Universiteti deyil. Adına uyğun olaraq da simasını dəyişməsi zəruridir. Slavyan xalqlarının tarixi-mədəni dəyərləri ilə.

 

(Unutmayaq ki, bu təhsil ocağının rəhbəri tanınmış ziyalı xanımdır. Öz vətəninə, milli sərvətinə sayqıyla yanaşan, onu gəncliyə təlqin edən, bugünkü multukurtural dəyərlərə münasibətdə ehtiramlı mövqe tutan, həm pedaqoq, həm də siyasətçidir.)

Universitetin yeni rəhbərliyinin bu addımı ən azı bu səbəblərdən çoxlarının ürəyincə olub. Biz xeberinfo.com olaraq tanınmışların deyil, universitet ətrafında yaşayanların fikirlərini öyrənməyi uyğun bildik. (Zatən əksər ziyalılar söküntünü təqdir edir.) Apardığımız müşahidə və sorğulardan da belə məlum olur ki, sökülən fasad çox narahatçılıqları aradan qaldırıb. Bu da universitetə qonşu olan binanın sakini Zahid Rəsulovun dedikləri: “Bu mozaika ilə bağlı yazılardan mən də oxumuşam. Başa düşə bilmirəm ki, burada şişirdilməli, hay-küylü nə var. Yaxşı olardı ki, yazanlar, danışanlar bir gəlib yerində baxsınlar ki, reallıq nədir. O mozaikanın altından böyüklərlə bərabər azyaşlılar da keçir. Gərək gözləyək ki, kiminsə başına daş düşsün, ölsün? Onda da universitet rəhbərliyini qınayacaqlar.

Şəxsən bu söküntü mənim və mənim kimi yaxınlıqda yaşayan hər kəsin ürəyincədir. Təhlükə olanda bizim uşaqlara olacaq, o yazıb, danışanların yox. Hər şeydən öndə insan faktorudur. İnsan sağlığından qiymətli nə isə var? Bu işinə görə yeni rektora sağ ol demək lazımdır”.

Həmsöhbət olduğumuz digər qonşulardan da eyni sözləri eşitməli olduq. İş icraçıları da söküntünün vacibliyini bildirdilər. Dediklərinə görə ancaq bu yolla təhlükədən qurtulmaq olar. Hansısa ehtiyat tədbirləri isə de-fakto mümkün deyil.

Mədəniyyət və Turizm Nazirliyindən də sözügüdən mozaikanın heç bir tarixi abidə, hansısa sənət əsəri kimi tanınmadığını bildirdilər. Həm də rəsmi sorğuya cavab olaraq. Bu günə qədər heç kimin diqqətini çəkməyən, haqqında yazılıb, danışılmayan sıradan bir nəsnə...

Elə isə Slavyan Universiteti ətrafında mənasız qalmaqal yaratmağa çalışanları necə başa düşək?... Bu nədir-sovet nostaljisi, yoxsa məqsədli hay-küy?... Nədən bir binanın fasadının söküntüsü prioritet problem kimi qabardılır?... Və s.

 

Sabir 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam