Gənc ananın həyatını xilas edək
"xeberinfo.com": Redaksiyamızın elektron ünavanına vətandaş Səkinə Əhmədova tərəfindən müraciət daxil olub. Müraciətdə ağır vəziyyətdə olan gənc ananın həyatını xilas etmək üçün lazım olan maddi yardımın toplanmasından bəhs olunur. Müraciəti olduğu kimi təqdim edirik.
Salam, hörmətli redaksiya!
Sizə Aygün Babayeva ilə bağlı yenidən müraciət edirəm, çünki artıq neçənci dəfədir ki, bizə yardımçı olursunuz.
2013-ci ilin dekabr ayında, 7 il ərzində neyrasarkoma( xərçəng) xəsətliyindən əziyyət çəkən Aygün barədə məqaləni oxuculara çatdırmısınız. O vaxt, xanım təcili şəkildə Türkiyənin xəstəxanalardan bilində əməliyyat olunmalı idi. Və məlumatın sosial şəbəkələrdə, infoportallarda, umid.az saytında yerləşdirilməsi, xeyirxaq insanların dəstəyi ilə, lazımi məbləğ yığılandan sonra, Aygün xanım əməliyyatdan keçə bildi.
Lakin, bugünki günə, cərrahın planlaşdırılmasına əsasən, ikinci-axırıncı əməliyyatın keçirilməsi vacibdir. Məqsəd isə, şişin qalıq hissələrini sol əlin üstündə yerləşən sinirin ətrafından xaric etməkdir. Bununla, Aygün tamamilə sağalacaq və bu diaqnozdan azad olacaq. Əməliyyat Türkiyyənin TuzlaGisbir Hastenesi, aprel ayın 15-ə planlaşdırılmışdır, lakin gərəkli məbləğ yığılmadı.
Aygünün ailə vəziyyətin çox ağırdır. Onun yoldaşı yoxdur, yeganə qızı və ikinci qrup əlil olan anası ilə yaşayır. 7 il ərzində anası öz imkanları daxilində Aygünün bütün( 8 ədəd) əməliyyatlarını keçirməsini təşkil edib. Lakin, hazırda qızına baxmaq üçün, işini itirdi və maddi imkanarı tükənib.
Əməliyyatın dəyəri 5160AZ-dır, aviabiletlərin dəyəri isə iki nəfərlik gedi-gəliş 600Azn , lazımi ümumi məbləğ 5760 Azn təşkil edir.
Hazırda , 2328 AZN çatışmır.
Çox xahiş edirik, cavan anaya dəstək olasınız. Əməliyyat keçirilməsə, şiş böyüyüb Aygünün heyatına son qoyacaq.
Xahiş edirik qızı-Mətanəti tək qoymasına imkan verməyin.
Ətraflı məlumat: http://umid.az/site/phpbb3/viewtopic.php?f=6&t=2064
Bununla yanaşı buraya daxil olmaqla, köçürmə etmək mümkündir: http://quickpay.goldenpay.az/Template/Default.aspx?mer=aygun
Eyni zamanda, vəsaitləri Əhmədova Səkinə, əlaqələndirici şəxslə çatdırmaq mümkündir: 055 788 0700