Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Rəis niyə istefa verdi?

 

Şamaxı Rayon Polis Şöbəsinin rəisi Şahmar Paşayevin öz ərizəsi ilə işdən çıxmasının səbəbləri barədə maraqlı məlumat əldə etmişik. 

 

       "xeberinfo.com": Xatırladaq ki, Şahmar Paşayev bir neçə gün əvvəl raport yazaraq, səhhəti ilə bağlı işdən azad edilməsini xahiş edib. Daxili işlər naziri Ramil Usubov Şahmar Paşayevin xahişinə müsbət cavab verərək onun tutduğu vəzifədən azad edilməsi barədə əmr imzalayıb.

  Başqa məlumatlarda isə iddia edilir ki, Şahmar Paşayevin işdən çıxması səhhətilə bağlı olmayıb. Bildirilir ki, Şahmar Paşayevlə müavinlərindən biri arasında konflikt varmış. Məsələ Ramil Usubova qədər gedib çıxıb. Daxili işlər naziri hər iki şəxsi qəbul edib və onları dinləyib. Nazir həqiqəti üzə çıxarmaq üçün şahid də çağırıb. Şahidin söylədikləri Şahmar Paşayevin əleyhinə olub. Yəni, o bu konfliktdə haqsız çıxıb. Bundan sonra Şahmar Paşayev işdən çıxmaq barədə raport yazıb.

Şahmar Paşayev polisdə tanınmış simalardan olub. Prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubova yaxın şəxs olduğu bildirilən Şahmar Paşayev Naxçıvan Şəhər Polis Idarəsinin rəis müavini, rəisi, Xətai rayonunun 34, 37 bölmələrinin rəisi, Bakı Şəhər Baş Polis Idarəsinin rəis müavini, Yasamal, Şirvan və Salyan rayonlarının polis rəisi vəzifələrində çalışıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam