Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Şagirdlərin saçını qırxan direktor müavini vəzifədən azad edildi

Tovuzda şagirdlərin saçını qırxan direktor müavini vəzifədən azad edildi

 

Tovuz rayonu Cəlilli kənd tam orta məktəbinin direktor müavini Zeynəb Həsənova tərəfindən V sinifdə oxuyan bir neçə şagirdin saçının kəsilməsi faktı Tovuz Rayon Təhsil Şöbəsi tərəfindən araşdırılıb 

Xeberinfo.com:  Bu barədə Report-un sorğusuna cavab olaraq Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorundan bildirilib.

"Rayon Təhsil Şöbəsindən verilən məlumata görə, qeyd olunan fakt təsdiqini tapıb. Belə ki, həmin şagirdlərə saç düzümlərini qaydaya salmaları ilə bağlı bir neçə dəfə xəbərdarlıq edilməsinə baxmayaraq, onlar tapşırığa əməl etməyiblər. Zeynəb Həsənova bununla əlaqədar şagird və valideynlərlə bir daha söhbət etmək əvəzinə, etikadan kənar hərəkətə yol verərək uşaqların saçını kəsib. Qeyd olunan fakt müəllim-şagird münasibətlərində qeyri-pedaqoji hal kimi qiymətləndirilir və bu hərəkətinə görə Z.Həsənova barəsində qanunvericiliyə uyğun ciddi intizam tənbehi görülərək, o, 1 aprel 2016-cı il tarixindən tutduğu vəzifədən azad edilib", - nazirlikdən qeyd edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam