Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Bakı yağışdan sonra: yeşikdən yol ötürücüsü - FOTOLAR

Bakı yağışdan sonra - yeşikdən yol ötürücüsü, süni göllər

 

 

Məlum olduğu kimi, iki gündür ölkəyə, o cümlədən paytaxt Bakıya yağış yağır. 

Xeberinfo.com:  Ölkənin başqa yerlərində yağış aylıq normanın filan misli qədər düşəndə təbii fəlakətə səbəb olursa, Bakıda günlük normanı aşan kimi fəlakət olur. 
Dünənki sağanaq yağışın nə kimi problemlər yaratdlığını mediadan bilirsiniz. Bugünkü çiskin yağış isə xoşbəxtlikdən problem yaratmayıb: yollarda keçilməz gölməçələr əmələ gəlməyib, əydəmli səkilərdə dağ çayına bənzər su şırnağı yoxdur. 
Aşağıda görəcəyiniz şəkillər dünıənki yağışdan sonra Bakının bugünkü halını əks etdirir. Asfalt üzərində gördüyünüz yeşiklər isə dünənki seldən adlamaq üçün nəzərdə tutulmuş körpüdür. İstəsəniz yol ötürücüsü də deyə bilərsiniz. Çünki adamlar dünən o yeşiklərin üstü ilə addımlayaraq yoldan ötürdülər. 
Bircə şeyə şükür edək ki, 11 iqlim qurşağının heç hamısı ölkəmizdə deyil. Bir-ikisindən azadıq. Bir də musson yağışlarını təmin edən iqlim qurşağı buralarda olsaydı, Banqladeşin paytaxtı Dəkkə ilə Bakının fərqi olmazdı, yəqin ki.
Hələlik Bakı belədir. Bu şəkilləri "Yeni Müsavat"ın reportyorları şəhərin müxtəlif yerlərində çəkiblər.









Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam