Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Azərbaycanlıların Türkiyədə 500 min dollarlıq toyları

600@0

 

Cütlüklər toy üçün əsasən İstanbulun Bosfor boğazında yerləşən otel və restoranları seçirlər.

 

Xeberinfo.com:  Yazın gəlişi ilə toy mövsümü də canlanır. Mövsümdə canlanma yarandığı bir zamanda Türkiyədə toylarla bağlı maraqlı bir məqalə hazırlanıb. Bu sahənin ən gəlirli müştəriləri açıqlanıb. Onların arasında azərbaycanlılar da var. Azərbaycanın ən yaxşı tərəfdaşı olan ölkədə toy etmək istəyən azərbaycanlılar qonaqların sayından asılı olaraq 500 min dollara qədər pul xərcləyirlər. Anspress-in məlumatına görə, bu barədə “Daily Sabah” qəzeti Türkiyədə dəbdəbəli toy mərasimləri ilə bağlı dərc etdiyi məqalədə qeyd edib.
Türkiyədə azərbaycanlılarla yanaşı Rusiya, İran, Hindistan və hətta Avropa ölkələrinin imkanlı ailələrinin toy etdiyi bildirilir. Məqalədə qeyd edilir ki, xarici vətəndaşların Türkiyədə toy mərasimləri təşkil etməsi üçün çox sayda məkan var.
600@0 (1)Cütlüklər toy etmək üçün əsasən İstanbulun Bosfor boğazında yerləşən otelləri və restoranları seçirlər. Onlar həmçinin İzmirdə və digər məkanlarda özlərinə dəbdəbəli toy sifariş verirlər. Azərbaycan, İran və Rusiya kimi qonşu ölkələrdən toy sifariş verənlər qonaqların sayından asılı olaraq 200 min dollardan 500 min dollara qədər pul xərcləyə bilərlər.
Xaricilər toy etmək üçün İstanbulun Qalata qülləsində, dəbdəbəli “Kempinski” otelində, “Çırağan” sarayında, Qızıl Buynuz ərazisində, Esma Sultan sarayında və digər tarixi yerlərdə də sifariş verirlər. İzmirdə isə onlar Egey dənizinin sahilindəki otelləri, Saime Sultan malikanəsini, başqa məşhur məkanları seçirlər.
Toylar dənizin ortasında yerləşən otellərdə də təşkil oluna bilər. Amma belə dəbdəbəli toy mərasimləri üçün külli miqdarda pul xərcləmək lazım gəlir. Rusiya, İran, Hindistan zənginləri 200-500 min dollar arası pul xərcləsələr də avropalı sifarişçilər az qonaq çağırdıqları üçün 50-150 min dollar arasında xərc çəkirlər.
600@0 (2)Ötən ilin oktyabrında Azərbaycanın bəzi imkanlı ailələrinin övladlarına toy etmək üçün xarici ölkələri seçdikləri barədə məlumatlar yayılmışdı. Həmin vaxt açıqlanan statistikaya görə, bir ay ərzində (oktyabr) İstanbul şəhərində toy etmək üçün xarici ölkə vətəndaşları tərəfindən 50-dən çox sifariş edilib. Sifariş edənlər arasında Azərbaycan vətəndaşlarının da adı var. Həmyerlilərimizlə yanaşı həmçinin Qazaxıstan və Səudiyyə Ərəbistanında yaşayan varlı insanlar öz övladlarına toy etmək üçün Türkiyəni seçir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam