Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Rauf Həbibov lüks sauna tikdirib fəhlələrin pulunu vermir? –FOTOLAR

media-19

Quba rayonunun keçmiş icra başçısı Rauf Həbibov Mərdəkan qəsəbəsində həyat yoldaşı üçün 2023-cü ildə inşa etdirdiyi lüks saunaya görə usta və fəhlələrin 53 min manatını ödəməkdən boyun qaçırıb.

Yenixeber.org: Bu iddia ilə redaksiyamıza bir qrup usta və fəhlə müraciət edib.

Şikayətçilər eks-icra başçısının müxtəlif əmlakları və bahalı avtomobillərinin olmasına baxmayaraq, kiçik bir işçi qrupunun əməyinə hörmət etmədiyini bildiriblər.

“Bütün işlər tamamlanıb, amma o bizim haqqımızı verməkdən boyun qaçırır”, – deyə orada çalışan fəhlə və qrup rəhbəri Ruslan Quliyev söyləyib.

Həbibovun mənzilləri və villaları ilə tanınan biri olduğunu vurğulayan fəhlələr, buna baxmayaraq, zəhmətləri qarşılığında heç bir haqq almadıqlarını qeyd ediblər: “Bizim haqqımızı vermədiyi halda, heç bir çətinlik yaşamadan öz lüks həyatını davam etdirir”.

Rauf Həbibov sayta açıqlamasında belə bir problemin olduğunu etiraf edib: “Hazırda sistem altındayam. Mən bununla bağlı sizinlə əlaqə saxlayacağam”.

 Qeyd edək ki, 2007-ci ildən icra başçısı olan Rauf Həbibov 2012-ci ildə Qubada baş vermiş kütləvi etiraz aksiyası və qarşıdurmadan sonra vəzifəsindən azad edilib.(manşet.az)

media-11

media-114
media-15
media-16media-17media-18




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam