Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Qubanın keçmiş başçısı fəaliyyətini AAYDA-da davam etdirir –DETALLAR

Qubanın keçmiş başçısı fəaliyyətini AAYDA-da davam etdirir – Detallar

Qubanın keçmiş icra başçısı Ziyəddin Əliyevi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov gizli formada himayə etdiyi məlum olub.

Yenixeber.org: AAYDA sədri S.Məmmədov Z.Əliyevi rəsmi formada heç bir vəzifəyə təyin etməsə də, o, qeyri-rəsmi formada 14 saylı Xüsusi Təyinatlı Yol İstismarı İdarəsini idarə edir.

Belə ki, Ziyəddin Əliyev AAYDA-nın İdarə Heyətinin sədri Saleh Məmmədovun adamı kimi tanınır. 2023-cü ildə Prezident sərəncamı ilə vəzifəsindən azad edilən sabiq icra başçısı indi sözügedən qurumda qeyri-rəsmi formada fəaliyyət göstərir.

Xəbərə görə, Saleh Məmmədov yaxın dostu olan Ziyəddin Əliyevi icra başçı vəzifəsindən çıxarıldıqdan cəmi 1 il sonra yanına aparıb.
Yada salaq ki, 2024-cü ildə Saleh Məmmədov 14 saylı Xüsusi Təyinatlı Yol İstismar İdarəsinə Ziyəddin Əliyevin köməkçisi Qismət Quliyevi direktor təyin edib. Lakin bu təyinat kağız üzərində qalıb və Qismət Quliyevin işini Ziyəddin Əliyev həyata keçirir.
Hazırda Z.Əliyev icra başçısı olduğu dövrdə qazandığı əlaqələr hesabına bütün imkanlardan istifadə edərək yerli şirkətləri batırmaqla məşğul olur. Yerli şirkətlərə çox ucuza iş görərək şirkətlərin məhvinə səbəb olub.

İddiaya görə, Z.Əliyevə bu işləri görə bilmək üçün pullar ayrılır, onun özbaşınalıqlarına göz yumulur, ona böyük imkanlar yaradılır. Məlumata görə, Z.Əliyev 14 saylı Xüsusi Təyinatlı Yol İstismar İdarəsinin iclaslarında da özü iştirak edir, tapşırıqlar verir. Halbuki o, sözügedən idarədə rəsmi formada heç bir vəzifə daşımır, adı rəhbər şəxslər arasında yoxdur.
Prezidentin etimadını doğrultmayan, yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilən Z.Əliyevin S.Məmmədov tərəfindən himayə edilməsi anlaşılan deyil. Maraqlıdır, prezidentin etimadını doğrultmayan bir şəxs S.Məmmədovun etimadını necə doğruldub?(tribuna.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam