
Bu barədə Facebook platformasında fəaliyyət göstərən “Müştəriyəm, Şikayətim Var” qrupunda Aylin Elçin adlı istifadəçi paylaşım edib.
Yenixeber.org: Vətəndaş bildirir ki, restorana daxil olarkən əvvəlcə boş yer tapmaqda çətinlik çəkiblər. Yanlarından keçən ofisiantlardan birinə müraciət etdikdə isə “bilmirəm” cavabı alıblar.
Onun sözlərinə görə, yer tapıldıqdan sonra da xidmətlə bağlı problemlər davam edib.
Təxminən 30 dəqiqə ərzində onlara kimin xidmət göstərəcəyini gözləsələr də, səslədikləri 6–7 əməkdaşdan heç biri yaxınlaşmayıb və sürətlə ərazidən uzaqlaşıb. Nəticədə restoranın telefon nömrəsini taparaq zəng etdikdən sonra ofisiant masaya yaxınlaşıb.
Paylaşımda qeyd olunur ki, yeməkdən sonra restoranda qısa gəzinti etdikdən sonra isti çay sifariş etmək istəyiblər. Lakin ofisiant çayın yalnız yeməkdən dərhal sonra verilə biləcəyini bildirərək sifarişi qəbul etməyib. İstifadəçi sual edir ki, əgər çay bu qayda ilə təqdim olunursa, bunun niyə menyuda qeyd edilmədiyi məlum deyil.
Şikayətçinin sözlərinə görə, çıxışa yaxın restoranın sahibi Xanlarla da qarşılaşıblar və yaşananlarla bağlı fikirlərini bölüşmək istəyiblər. Lakin sahibinin sərxoş vəziyyətdə olması, qeyri-ciddi və laqeyd davranışı onların narazılığını daha da artırıb.
“Tunelin sonunda gördüyümüz işıq da beləcə söndü”, - deyə vətəndaş paylaşımında qeyd edib. (DİA.AZ)










AZ
RU