Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

“Böhrandan əziyyət çəkənlər elə millət vəkillərini də söyür”

“Prezidentin dünənki çıxışına qədər xalqda inam yox idi. Amma çıxışından sonra əhalidə inam yaranıb. Bununla belə düşünürəm ki, böhrandan çıxış prosesini bu iqtisadi blok həll edə bilməyəcək”.

Xeberinfo.com:   Məlumata görə, bu fikirləri millət vəkili Fazil Mustafa parlamentin növbədənkənar iclasında səsləndirib. O qeyd edib ki, kiminsə şəxsiyyətinə söz demək kimi fikri yoxdur: “Bu iqtisadi blokda təmsil olunan hər kəs iqtisadiyyatın inkişafında müəyyən rol oynayıb. Amma problemlərin çıxış yolu iqtisadi blokun yenilənməsindədir. İlk növbədə, sərt inzibati tədbirlər görülməlidir. Bütün qapıları xarici investisiya layihələrinə açmaq lazımdır. Bankların etibarlılığı təmin olunmalıdır. İdxal-ixrac əməliyyatlarında şəffaflıq təmin edilməlidir. Azərbaycanda olan ideoloji statistikadan qurtulmaq lazımdır”.

O qeyd edib ki, böhranla əlaqədar ölkədə hər gün 400-500 adam işsiz qalır: “Bunlar gələcəkdə ac insanlar olacaq və dövlətə qarşı təxribatlar törətmək istəyənlər bu insanlardan istifadə edəcək. Eyni zamanda xarici bankların burada açılmasına imkan verməliyik. Bəlkə, onlar az faizli kreditləri əhaliyə təklif edərlər. Bu gün böhrandan əziyyət çəkənlər sözlərini təkcə iqtisadi komanadaya demirlər. Onlar elə millət vəkillərini də söyürlər. Ona görə parlament də yaranmış vəziyyətdən çıxış yolu ilə bağlı təşəbbüskarlıq göstərməlidir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam