Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Binə” Ticarət Mərkəzində sahibkarlardan kəskin etiraz

 

Sahibkar: “İcarə haqları aşağı salınmasa, mağazaları açmayacağıq” 

 

“İş yoxdur. Yer haqqını çatdırıb, verə bilmirik. Artıq iki gündür ki, mağazaları bağlamışıq. Ancaq bir nəfər də olsun, rəhbərlikdən bizimlə maraqlanan olmayıb ki, sizin dərdiniz nədir”.
Xeberinfo.com:   Məlumata görə, bu sözləri musavat.com-un əməkdaşına “Binə” Ticarət Mərkəzində ayaqqabı satışı ilə məşğul olan sahibkarlar deyiblər.
Onların sözlərinə görə, icarə haqları olduqca yuxarıdır: “Alverimiz də demək olar ki, yox səviyyəsindədir. Mağazaları bağlayıb, iki gündür gözləyirik ki, bəlkə kimsə reaksiya verdi”.
Satıcı Vüsal İsayev deyir ki, 40 Kv/m sahəsi olan mağazaya 1050 manat icarə haqqı verir: “İcarə haqqına keçən ay 50 manat güzəşt etdilər. Amma tək icarə haqqı ilə iş bitmir ki... İşıq pulu, əlavə xərcləri də toplayanda ayda 2000 manata yaxın pul ödəyirik. Alver yoxdur, alıcı yoxdur. Biz nə etməliyik? Bu qədər xərcin altından çıxmaq olmur, axı... Heç bir yerdən güzəşt yoxdur. Vaxtlı-vaxtında vergimizi də ödəyirik. Berlə olmaz, axı...”
Mağaza sahibləri də üzləşdikləri durumdan olduqca narahatdırlar. Sahibkar Əjdər Qafarovun sözlərinə görə, 3 gündür ki, bu vəziyyətə etiraz edirlər: “Mağazaları açmırıq və qiymətlər aşağı salınmayana qədər də açmaq fikrimiz yoxdur. Mağazaların sahəsi maksimum 84 kv/m-dir. Bu yer üçün bazar rəhbərliyinə 2400 manat pul ödəyirik. Hələ üstəlik, mağaza sahibinə də ayrıca 1500 manat verməliyik. Yəni, bizim mağazaya aylıq 3900 manat ödəməyimiz lazımdır. Bu da qarşı tərəfin iki dəfə artıq mənfəət əldə etməsi deməkdir. Təsəvvür edin Kİ, indiki vaxtda bu, nə deməkdir. Qazancımız nədir ki, üstəlik, buradan da yükümüzü daha da ağırlaşdırıblar. Belə özbaşınalıq olar?”
Ə.Qafarov deyir ki, rəhbərlikdən bir nəfər də olsun, sahibkarların problemləriylə maraqlanmır: “Keçən ayın pulunu tam verdik. Bu ay isə ödəməyimiz mümkün deyil. Ona görə də, artıq 2 gündür ki, mağazanı açmıram. Gəlib, səhərdən axşama qədər burada dururam ki, bəlkə bir nəfər bazar səlahiyyətlisi bizimlə maraqlana... Dəfələrlə demişik, dəfələrlə şikayət etmişik. Heç bir faydası yoxdur. Telekanallara da bildirmişik, bu barədə... Hansına zəng etdiksə, heç biri reaksiya vermədi. Kimə deyək sözümüzü, kimə şikayət edək. Çaşıb, qalmışıq”.
Sahibkarlar bildirirlər ki, tələbləri yerinə yetirilməyənə qədər mağazalar açılmayacaq: “Bazar rəhbərliyindən tələb edirik, arenda haqlarını aşağı salsınlar. Gəlib, maraqlansınlar vəziyyətimizlə... Əks təqdirdə, dekabr ayının arenda haqqını bizdən tələb etməsinlər. Və bilsinlər ki, heç kim mağazasını açmayacaq”.





















 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam