Redaktor seçimi
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
QARALOV VƏ USUBOVUN “YARIGİZLİ” HƏYATI... -
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Günün xəbəri

Dr.cosmetolog Delya üzümdə qüsurlar yaratdı...Get hara istəyirsən şikayət et... 250 nağd, 200 manat isə kartına pul göndərmişəm.....-FOTOLAR



(Dr.cosmetolog Delya) Dilrübə Sətyarlıdan pasiyent şikayət edir: Kosmetoloq isə: Get hara istəyirsən  şikayət et……..   

Yenixeber.org: Son illər Azəraycanda kosmetoloji prosedurlara tələbat artdığından bu xidməti göstərən “kosmetoloqlar”ın, estetik mərkəzlərin sayı artıb. Sözsüz ki, bu da qeyri-peşəkar kosmetoloqların və onların qurbanlarının sayını artırır.
Rəsmi statistikaya görə, ölkəmizdə son illər kosmetoloji prosedurlardan əziyyət çəkənlərin sayı kifayət qədər artıb.  Tibbi təhsili olmayanlar belə insanların sağlamlığı və gözəlliklər vəd edib gigeyinik qaydalara riayət etmədən qeyri qanuni prosedurlar həyata keçirilir.
Azərbaycan Respublikasının Qanununa əsasən kosmetoloji iş üzrə özəl tibb xidməti fəaliyyətinin göstərilməsi üçün lisenziya tələb olunur. Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli 206 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı”nda “kosmetoloji” iş üzrə tibbi xidmətin göstərilməsi tibbin bir sahəsi kimi qeyd olunub: “Burada tibbi kosmetologiyaya daxil olan estetik problemlər, onların korreksiyasına və profilaktikasına yönəlmiş, örtük toxumalarına müdaxilə ilə müşayiət olunan müxtəlif kompleks prosedurları nəzərdə tutulub. Tibbi kosmetologiyaya, cərrahi müdaxilələr istisna olmaqla (plastik cərrahiyyəyə aid olduğundan) konservativ və korreksion üsullar daxildir. Bu üsullara inyeksion prosedurlar, müxtəlif növ aparat kosmetologiyası (o cümlədən lazer üsulu epilyasiya), biorevitalizasiya, mezoterapiya, pilinq prosedurları, müalicəvi masaj üsulları, plazmoliftinq aid oluna bilər. Bu üsulların hamısı “kosmetoloji” işə aid olunduğundan müvafiq iş üzrə özəl tibb xidməti fəaliyyətinin göstərilməsi üçün lisenziya tələb olunur. Bu sahədə praktiki tibbi fəaliyyət üzrə müvafiq sertifikatı olan həkim-dermatoveneroloqlar və tibbi kosmetologiya üzrə ixtisaslaşma keçmiş ali tibbi təhsilli mütəxəssilər məşğul olmaq hüququna malikdirlər”.

İddialara görə tibbi təhsili olmadan, lisenziyasız və sertifakatsız fəaliyyət göstərən kosmetoloqlardan sosial şəbəkələrdə  özünü Dr.cosmetolog Delya adı ilə reklam edən Dilrubə Sətyarlıdır.   
 Göründüyü kimi əsl adını gizlədərək Delya adı ilə pasiyentləri aldadır.

Araşdırmalarımız nəticəsində özünü həkim kimi təqdim edən kosmetoloq (Dr.cosmetolog Delya) Dilrubə Sətyarlı Səhiyyə Nazirliyinin və Elm və Təhsil Nazirliyinin məlumat bazasında ali tibb təhsil olması barədə məlumat yoxdur həmçinin  sertifikasiyası haqqında məlumat mövcud deyil.  Dövlət Reyestrində sistemində onunla bağlı heç bir qeyd yoxdur.Yəni o heç bir tibbi sertifikata və lisenziyaya malik  olmadan fəaliyyət göstərir.

İddialara görə özünü həkim kimi təqdim edən Dilrubə Sətyarlı tibbi prosedurları  həyata keçirərək qanunvericiliyimizi heçə sayır.
XALQ.AZ-a (Dr.Cosmetolog Delya) haqqında sikayət edən  pasiyent K.Huseynzadə bildirib ki, İzmir klinikasında ötən il onun yanında oldum,450 manat ödəniş etdim 250 manat nagd, 200 manat isə yoldaşım kartına göndərdi qəbzlər var. Mənim üzümü pis  hala saldı, mezo etmişdi,  həmçinin çənə dolğusu. Lakin düzgün doğru etmədiyi üçün tekrar müraciət etdikdə məndən pul tələb etdi. Üzümdə qüsurlar yarandı  ona inanmadığıma üçün,  işi bərbad olduğuna görə  başqa kosmetoloqa müraciət etdim və Delyanın üzümdə yaratdığı qüsürları digər kosmetoloq düzəltdi deyə şikayətçi bildirib.
media-screenshot_20250329_121941_com_instagram_android_instagrammainactivity
 
Məlumata əsasən bildirir ki,  Dr.Cosmetolog Delya  müştərilərinə dolğu və plazma terapiya həyata keçirir. Bununla bağlı hətta sosail hesablarında məlumatlar və görüntülər əks olunub.

Dr.Cosmetolog Delya  necə  sertifakisyadan keçmədən  bütün kosmetoloji prosedurları hətta inyeksiya həyata keçirir?
Bu məsələ ilə bağlı  (Dr.Cosmetolog Delya)  Dilrübə Sətyarlı ilə əməkdaşımız əlaqə saxladı.    (Dr.Cosmetolog Delya)  cavabında bildirib ki, men bilmirem o kimdir, getsin hara istəyir şikayət etsin deyə cavab verdi. Siz kimsiz şikayət araşdırırsız….. Tibbi təhsil və tibbi sertikatınız varmı sualına isə cavab verməkdən  imtina edərək dəstəyi asdı.
 Qeyd edək ki,  hüquq mühafizə orqanları tərəfindən lisenziyasız plastik cərrahlar və kosmetoloqlar haqqında araşdırmalarından yayınmaq üçün artıq qanunsuz fəaliyyət göstərən “ixtisaslanmış həkimlər” və “kosmetoloqlar” sosial hesablarını bağlayıb bir müddət gizli fəaliyyət göstərirlər deyə məlumatlar yayımlanır.

XALQ.AZ-a Analitik Ekspertiza Mərkəzindən verilən məlumat görə, Kosmetoloji və cərrahi xidmətlər göstərən istənilən estetik tibb mərkəzinin fəaliyyəti üçün kosmetoloji iş və plastik cərrahi iş üzrə özəl tibbi xidmət lisenziyası tələb olunur.Tibbi kosmetogiyaya, саrrаhi müdaxiəlar istisna olmaqla (plastik саггаhiууауа aid оlmayan) konservativ va korreksion üsullar daxildir. Bu usüllаrа inyeksion рrоsеdurlаr, müxtalif növ араrаt kosmetologiyası (о сümlədən lazer üsulu epilyasiya), biorevitalizasiya, mezoterapiya, pilinq рrоsеdurları,və müalicəvi masaj usullarl, plazmoliftinq və  digər рrоsеdurlar  aid оlunur. Bu tibb müəssisələrində praktiki tibb fəaliyyəti üzrə müvafiq sertifikata malik plastik-cərrahlar, həkim-dermatovneneroloqlar və sertifikat alaraq, ixtisaslaşma keçən digər həkim mütəxəssislər fəaliyyət göstərə bilər. İstənilən pasientin kosmetoloq və ya cərrahın sertifikatını tələb etmək hüququ vardır. Qeyd edək ki, həkimlər beş ildən bir sertifikasiyadan keçirlər. Hər bir pasiyentin müraciət etdiyi həkimin sertifikatını tələb etmək hüququ var. Həkim həmin sertifikatı təqdim etməzsə, o zaman vətəndaş Analitik Ekspertiza Mərkəzinə müraciət edə bilər . Bu halda araşdırılma aparılır və lazım gələrsə, plandankənar yoxlama aparılması barədə qərar qəbul edilir deyə mərkəzdən bildirilib.
Məlumat üçün bildiri ki, lisenziyasız kosmetoloji fəaliyyəti ilə bağlı sosial şəbəkələrdə bir çox görüntülər var ki, qanunsuz dolğu, full face, botoks, mezolar, lipolitik, bütün inyeksion prosedurları, hətta qanunsuz tələbə hazırlığı həyata keçirir.

 
Hətta endirim adı ilə müştəriləri cəlb edib vaxtı keçmiş kosmetoloji preparatları istifadə olunması ilə bağlı məlumtlar var.


İddialarla bağlı (Dr.cosmetolog Delya) Dilrubə Sətyarlının fəaliyyəti ilə bağlı Analitik Ekspertiza Mərkəzinə  müraciət olunub.(xalq.az)
Araşdırmalarımız davam edir.




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam