Redaktor seçimi
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Korrupsiyanın kanalizasiyasında batan yalnız adamlar deyil, milyardlardır -
Xəlil Göyüşovun başı dərddə -
Eldar Mahmudovun övladlarının biznesi araşdırılır -
Natiq Sadıqovun “ŞaurmaN1” fırıldaqları:
Parlamentin ən milyonçu üzvü: Feyziyevin Bakıda və Londonda məhkəmələrdən başı açılmır -
İcra başçısı Alı Alıyevin oğlunun fermasındakı yanğın zamanı iki uşaq kül oldu -
15 saylı Cəzaçəkmə Müəssisəsində xəstə məhkumlara dərman verilmir -
Günün xəbəri

Abdin Fərzəliyev maklerlərlə necə anlaşdı-Qanunsuz tikintilər davam etdirilir-FOTOLAR

Bataqlıq və zibilliklərin üstündə inşa edilən yaşayış evlərinin tikinti normativlərinə cavab vermədiyi bildirilir 
Yenixeber.org: Ölkə ərazisində qanunsuz tikililərin qarşısının alınması üçün dövlət qurumları tərəfindən görülən tədbirlərə baxmayaraq, hələ də bu işlərlə məşğul olan ciddi şəbəkələr fəaliyyətlərini davam etdirirlər.
Qanunsuz həyət evlərinin gizli tikintisinin yayıldığı ərazilərdən birinin Abşeron rayonu Masazır qəsəbəsi olması barədə bir neçə dəfə məlumat vermişik.
Hazırda Masazır qəsəbəsində heç bir rəsmi icazə olmadan və müvafiq sənədləşmə işləri aparılmadan qanunsuz həyət evlərinin kütləvi tikintisi ən çox “göl” adlanan ərazidə aparılır. Bataqlıq və gölməçə olan ərazi indi zibillərlə doldurularaq, üstündə qanunsuz həyət evləri inşa edilir.
Əldə etdiyimiz məlumata görə, ərazidə inşa edilən həyət evlərinin tikintisi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin heç bir rəsmi icazəsi yoxdur. Qanunsuz tikintini həyata keçirən maklerlərin Abşeron icra hakimiyyəti ilə “anlaşdığı” və buna görə işlərini rahat şəkildə aparırlar.
Zibilliklərin üstündə içi-içə tikilən həyət evlərinin tikinti normativlərinə cavab verməməsinə baxmayaraq, bilinməyən səbəblərdən məsələyə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “göz” yumur.
Məlumata görə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin ərazidəki tikintilərə nəzarətsiz buraxmasının səbəbkarı Abşeron Rayon İcra Hakimiyyətidir. Belə ki, Abşeron RİH-nin hər iki qurumla anlaşdığı iddia edilir.
Bildirək ki, Masazır qəsəbəsi “göl” adlanan ərazidə yeni inşa edilən evlərə dövlət tərəfindən mülki çıxarış (kupça) verilməyəcəyi bildirilir. Ancaq maklerlər vətəndaşların inamını və etibarını qazanmaq üçün Abşeron Su idarəsi və “Azərişıq” ASC Abşeron idarəsi ilə hansısa yollarla əlaqə yaradaraq, qanunsuz tikdikləri evlərə işıq və su sayğacları quraşdırıblar.(azfakt.com)
Yazıda adı keçən qurumların mövqeyini dərc etməyə hazırıq.
            

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam