Redaktor seçimi
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Günün xəbəri

Nərimanovda "Konstitusiya Günü" münasibətilə tədbir- FOTOLAR

        

 Bu gün Nərimanov Rayon İcra Hakimiyyətinin və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib.

Xeberinfo.com:  Rayon İcra Hakimiyyətinin rəhbərliyi, tələbə və gənclərin qatıldığı tədbiri giriş sözü ilə açanNərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov Azərbaycan Respublikası Konstitusiyasının tarixindən, onun dövlətimizin inkişafındakı rolundan, eləcə də ölkəmizin əldə etdiyi nailiyyətlərdən danışaraq, dövlət quruculuğunda, ölkəmizin iqtisadiyyatı və ictimai-siyasi həyatında dinamik inkişafa güclü təkan verən bu mühüm tarixi hadisənin xalqımızın Ümummilli Lideri Heydər Əliyevin gərgin və fədakar əməyinin bəhrəsi olduğunu xatırladıb.

Ş.İbadov Azərbaycanın müstəqilliyinin bərpa olunduqdan sonra ölkədə aparılan siyasi-hüquqi islahatlardan, demokratik cəmiyyət quruculuğundan, bu işlərin uğurla aparılmasında məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə hazırlanaraq, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi - referendum yolu ilə qəbul edilmiş Konstitusiyamızın qəbulundan keçən 20 ildə ölkəmizin müstəqil, hüquqi və demokratik dövlət quruculuğu sahəsində, dünya birliyinə inteqrasiyada mühüm uğurlar qazandığını qeyd edib.

Natiq, Azərbaycan xalqının əsrlərlə arzusunda olduğu azadlıq, müstəqillik amallarını gerçəkləşdirən, onun qüdrətli dövlət quruculuğu sahəsində bütün səylərinə istiqamət verən, Ulu Öndərimizin banisi olduğu Konstitusiyamızın bugünkü sabitliyimizin, dövlət müstəqilliyimizin qarantı olduğunu xüsusilə qeyd edib, hər bir vətəndaşın bunu yüksək dəyərləndirməsi və Konstitusiyada təsbit olunmuş hüquqlardan yararlanaraq öz vəzifələrini layiqincə yerinə yetirməsinin  zəruriliyini bildirib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu gün ölkəmizdə apardığı uğurlu islahatların qanunlarımızın aliliyinə söykənməklə ölkəmizin daha da çiçəklənməsinə, xalqımızın sosial-rifah halının yaxşılaşmasına xidmət etdiyini deyən Ş.İbadov qanunlara hörmət, dövlətə sədaqət, Vətənə məhəbbətin hər bir azərbaycanlının həyat amalına çevrildiyinə əminlik ifadə edib.

Tədbirdə çıxış edən YAP Nərimanov Rayon Təşkilatının sədri Təmraz Tağıyev, Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, YAP Nərimanov Rayon Gənclər Birliyinin sədri, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru  Yusif Babanlı, Azərbaycan Kooperasiya Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri, Nərimanov Rayon İcra Hakimiyyəti başçısı yanında İctimai Şuranın üzvü Tamerlan Əkbərov, “Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədr müavini Ləman Muradova, Azərbaycan Müəllimlər İnstitutunun Tələbə-Gənclər Təşkilatının sədri Əli Həsənov, Nərimanov Rayon İcra Hakimiyyəti başçısı yanında İctimai Şuranın üzvü İsmayıl İsmayılov  və digər natiqlər ölkəmizin Əsas Qanununda təsbit edilən Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək, ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək kimi ülvi məqsədlərin, eyni zamanda Ümummilli Liderimizin Azərbaycanın dövlətçiliyinin möhkəmləndirilməsi sahəsində həyata keçirdiyi bütün işlərin bu gün dahi rəhbərin ən layiqli davamçısı, dövlətimizin başçısı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıblar.

Onlar respublikada son illərdə dövlətimizin başçısı tərəfindən aparılan konstitusiya-hüquq islahatları nəticəsində ölkəmizin Əsas Qanunu olan Azərbaycan Respublikası Konstitusiyasının daha da təkmilləşərək, insan hüquq və azadlıqlarının daha səmərəli təmin olunmasına zəmin yaratdığını vurğulayıblar.

 

         Tədbirə qatılan gənclərə “Azərbaycan Respublikasının Konstitusiyası” kitabları və xatirə hədiyyələri təqdim olunub.






Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam