Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

"Kütləvi çıxarış" kampaniyasında daha bir yenilik

"Kütləvi çıxarış" kampaniyasında daha bir yenilik:
Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaşların mülkiyyət hüquqlarının daha səmərəli təmin olunması, xidmətlərin vətəndaşlara yerlərdə birbaşa çatdırılması, məmnunluq və əlçatanlığın artırılması məqsədilə yeniliklərin tətbiqini davam etdirir. Bu yeniliklərdən biri komitənin “Kütləvi çıxarış” kampaniyasını regionlarla yanaşı, artıq Bakı şəhərinin sakinləri üçün onların birbaşa ünvanlarında keçirməyə başlamasıdır.

Xeberinfo.com:  Komitədən Trend-ə verilən məlumata görə, kampaniya çərçivəsində paytaxtda yerləşən çoxmərtəbəli binalardakı mənzil sahiblərinə ilkin hüquqmüəyyənedici sənədlər əsasında kütləvi qaydada dövlət reyestrindən çıxarışlar təqdim olunub. Bakı şəhərində ilk belə xidmətdən Səbail rayon sakinləri faydalanıb. İlk olaraq, bu aksiya çərçivəsində şəhərin mərkəzində yerləşən hündürmərtəbəli binanın 50-yə yaxın mənzil sahibinə dövlət reyestrindən çıxarış verilib, 100-ə yaxın sakindən mülkiyyətə dair ilkin sənədlər qəbul edilib.

Bakı şəhəri üzrə start götürən “Kütləvi çıxarış” kampaniyası qarşıdakı dövrdə paralel olaraq paytaxtın bütün rayonlarında keçiriləcək. Komitənin mobil ofisləri vasitəsilə həyata keçirilən kampaniya çərçivəsində çoxmərtəbəli binalarda yaşayan mənzil sahiblərinə xidmətlər göstəriləcək. Bu xidmətlərə dövlət reyestrindən çıxarışların təqdim olunması, eləcə də, mülkiyyətə dair sakinlərdə olan ilkin mülkiyyət sənədlərinin qəbulu aiddir. Eyni zamanda, kampaniya çərçivəsində vətəndaşlara qeydiyyatla bağlı hüquqi məsələlər izah olunur, hüquqi yardımlar göstərilir.

Xatırladaq ki, kampaniya çərçivəsində yalnız “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna uyğun olaraq vətəndaşların mülkiyyət hüquqlarını təsdiq edən ilkin sənədlər əsasında çıxarışlar verilir.

“Kütləvi çıxarış” kampaniyasının geniş formatda keçirilməsi vətəndaşların əmlak hüquqlarının daha səmərəli təmin olunması, vətəndaşların xidmətlərdən daha operativ və rahat yararlanması ilə yanaşı, ölkədə daşınmaz əmlak bazarının aktivliyinin artmasına, alqı-satqı proseslərinin stimullaşmasına səbəb olur. Daşınmaz əmlakların iqtisadi proseslərə cəlb olunması, investisiya obyektinə çevrilməsinə təkan verir.

Kampaniyanın regionlarda keçirildiyi 1 il müddətində 5200-dən çox vətəndaşa xidmətlər göstərilib. “Kütləvi çıxarış” kampaniyasının mühüm üstünlüyü xidmətlərin bilavasitə yerlərdə və ünvanlarda “bir pəncərə” prinsipi əsasında əhaliyə çatıdırılmasıdır.

Komitənin tətbiq etdiyi “bir pəncərə” prinsipinin məqsədi həm qeydiyyat prosesi, həm də torpaq idarəçiliyində vətəndaşların mülkiyyət hüquqlarının tam təmin olunması, xidmətlərin rahat, operativ və şəffaf göstərilməsidir. Belə ki, daşınmaz əmlak və torpaq məsələlərində hüquqi əməliyyatlar bu prinsip əsasında yalnız bir ünvanda – Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrində həyata keçirilir.

Qeyd edək ki, kampaniyanın yeni mərhələdə Bakı şəhərinda davamı kampaniya çərçivəsində ilk yenilik deyil. Belə ki, ötən il ilk mərhələdə çıxarışların təqdim olunması ilə fəaliyyətə başlayan kampaniyada bu il ilkin mülkiyyət sənədlərinin qəbulu da həyata keçirilməyə başlandı. Daha sonra kampaniya fiziki məhdudiyyətli mülkiyyət sahiblərinə də şamil olundu. Belə ki, artıq hərəkət çətinliyi və əlilliyi olan insanlara da birbaşa onların evlərində xidmətlər göstərilməsinə başlandı. Kampaniyanın davamında kampaniyanın formatı daha da genişləndirildi. Kampaniya çərçivəsində hüquqi maarifləndirmə aksiyalarına start verildi. Vətəndaşlara daşınmaz əmlakın qeydiyyatı ilə hüquqi tələblər izah olunur, verilən suallar cavablandırılır, qeydiyyatın sosial-iqtisadi üstünlükləri çatdırılırdı.

Kampaniyanın davamlı həyata keçirilməsi daşınmaz əmlakın qeydiyyatı sahəsində sosial məmnunluğun artırılması, vətəndaşların mülkiyyət mənafelərinin daha yüksək səviyyədə qorunması məqsədini daşıyır. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam