Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Nazirdən pullu təhsil alan tələbələrə təqaüd vədi

 

Azərbaycanda tələbələrə təqaüd tələbənin akademik göstəricilərindən asılı olaraq ödənilməlidir.

"Xeberinfo.com":  Məlumata görə, bunu ANS telekanalına müsahibəsində Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov deyib.

Nazirin sözlərinə görə, bu gün Azərbaycanda dövlət sifarişi ilə təhsil alan tələbə 4 il ərzində pulsuz oxumaqla yanaşı, həm də dövlətdən təqaüd alır. Pullu, yəni ödənişli təhsil alan isə bu təqaüdü ala bilmir: “Biz bu sistemi rəqabət mühiti üçün ədalətsiz sistem hesab edirik. Onların hər ikisi eyni vəziyyətdə olmalıdır və təqaüd tələbənin akademik göstəricilərindən asılı olaraq ödənilməlidir”.

M.Cabbarovun sözlərinə görə, “dövlət sifarişli” təhsilə el arasında “pulsuz təhsil” də deyilir. Əslində isə bu, pulsuz deyil, pullu təhsildir. Sadəcə olaraq bu təhsilin pulunu dövlət qrant kimi ödəyir: “Mən təbii olaraq, bu sistemin qorunmasının tərəfdarıyam. Lakin biz bir məsələdə artıq islahata başlamışıq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam