Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Mikayıl Cabbarovdan struktur dəyişikliyi

 

Təhsil naziri Mikayıl Cabbarov xüsusi təhsil məsələləri barədə əmr imzalayıb

"Xeberinfo.com":   Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, imzalanmış əmrlə xüsusi, inteqrasiyalı və inklüziv təhsil üzrə elmi-tədris-metodiki rəhbərlik De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinə həvalə olunub.
Əmrdə De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin Sosial işin təşkili və statistika şöbəsinin adı dəyişdirilərək, Xüsusi təhsil şöbəsi adlandırılıb, Sosial işin təşkili və statistika şöbəsinin funksiyaları isə İdarənin Dövlət uşaq müəssisələri və alternativ xidmətlər üzrə şöbəsinə verilib.
Respublika Psixoloji-Tibbi-Pedaqoji Komissiyası 1 ay müddətində 2012-2014-cü illər ərzində fəaliyyət istiqamətləri üzrə görülmüş işlər barədə Təhsil Nazirliyinə hesabat təqdim etməlidir.
De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinə 3 ay müddətində xüsusi təhsilin təkmilləşdirilməsi, o cümlədən psixoloji-tibbi-pedaqoji komissiyasının tərkibinə dair təkliflərini rəhbərliyə təqdim etmək, İnformasiya şöbəsinə isə əmrin surətinin Nazirliyin bütün struktur bölmələrinə çatdırılmasını, “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və Nazirliyin internet saytında yerləşdirilməsini təmin etmək tapşırılıb.
Əmrin icrasına nəzarət Aparat rəhbəri M. Eynullayevə həvalə olunub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam