Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Günümüzün çağırışlarına cavab olaraq polisin üzərinə düşən vəzifələrin dairəsi genişlənib“

 

"Cinayətkarlığa qarşı mübarizənin və asayişin mühafizəsinin yeni formalarının tətbiq edilməsi üçün qabaqcıl informasiya texnologiyaları tətbiq edilib, maddi-texniki baza, polis orqanlarında çalışanların sosial müdafiəsi gücləndirilib". 

"Xeberinfo.com":   Trend-ə istinadən xəbərə görə, bunu Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasında 2 iyul - polis işçilərinin peşə bayramı və 2014-2015-cü tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasimdə çıxışı zamanı deyib.
Prezident İlham Əliyev adından Azərbaycan polisini təbrik edən F.Ələsgərov dövlət başçısının xoş arzularını çatdırıb.
F.Ələsgərov qeyd edib ki, ötən illər ərzində polis Azərbaycan dövlətçiliyinin əsas sütunlarından birinə çevrilib: "2004-2015-ci illərdə Prezident İlham Əliyev tərəfindən 9 sərəncam, habelə 2003-cü ildən etibarən Daxili İşlər Nazirliyinin fəaliyyətinin tənzimlənməsi və təkmilləşdirilməsi ilə bağlı yüzlərlə qanunvericilik aktları imzalanıb, yüzlərlə polis əməkdaşı dövlət mükafatlarına layiq görülüb. Bütün bunlar həm də ictimai asayişin keşiyində duran DİN orqanlarının əməkdaşlarına ölkə rəhbərliyinin qayğısının, gərgin və səmərəli fəaliyyətinə verdiyi qiymətin nəticəsidir".
PA rəsmisi bildirib ki, bu gün DİN əməkdaşlarının peşəkarlıq səviyyəsinin yüksəldilməsi, ixtisaslı, təşəbbüskar, geniş dünyagörüşlü, nümunəvi davranışlı, Anda sadiq, dövlətçilik və qanunçuluq prinsipləri əsasında tərbiyə edilmiş gənc kadrların hazırlanması istiqamətində mühüm işlər görülüb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam