Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"65-70 yaş arası müəllimlər təhsil müəssisəsinin müdirinin razılığı ilə işləyə bilərlər"

 

Azərbaycanda yaşı 65 yaşdan yuxarı olan müəllimlərin sayı açıqlanıb.
"Xeberinfo.com":  Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri İlham Nağıyev APA-ya deyib ki, ölkədə 160 mindən çox müəllim var və onların 2%-nin yaşı 65-dən yuxarıdır. Onun sözlərinə görə, 65 yaşa çatan müəllimlər 5 ildən çox olmayaraq, məktəbdə işləyə bilərlər. 65-70 yaş arası müəllimlər təhsil müəssisəsinin müdirinin razılığı ilə, 70-dən yuxarı isə Nazirlər Kabinetinin qərarında xüsusi normativ meyarlar əsasında təhsil müəssisəsində çalışırlar: “Qanunvericilik çərçivəsində yaşı 65-dən yuxarı olan işçilərin sayı istənilən müəssisədə gərək 2%-i aşmasın. Ancaq işçilərin sayı 100 nəfərdən aşağı olan müəssisələrdə 2 nəfərə kimi icazə verilir. Azərbaycanda 160 min müəllimin yalnız 2%-nin yaşı 65-dən yuxarıdır. Mütləq deyil ki, bütün məktəblərdə say 2% olsun. Ola bilər ki, hansısa məktəbdə yaşı 65-dən yuxarı olan müəllim yoxdur. Təhsil sahəsi üzrə də 2% rəqəmi ümumi məktəblər üzrə dəyişir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam