Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Neftin ucuzlaşması Azərbaycanın həyata keçirdiyi iqtisadi siyasətə mane olmayacaq”

 

"Xeberinfo.com":  Məlumata görə, bu sözləri Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bu gün Bakıda keçirilən Azərbaycan İnvestisiya Forumunda çıxışı zamanı deyib.

 

Nazir qeyd edib ki, hazırda neft qiymətlərinin aşağı düşməsi investorlar arasında müəyyən təşviş yaradıb:

 

“Bəzi ölkələrdə baş verən böhran bir daha göstərdi ki, hamı neftdən asılılığı azaltmalıdır. Azərbaycan da buna uyğun addım atmalıdır”.

 

Nazir həmçinin hazırda Azərbaycanda İKT sektorunun inkişafını da yüksək qiymətləndirərək bildirib ki, Azərbaycan internetin inkişafı baxımından MDB ölkələri arasında liderlər sırasındadır.

 

Nazirin sözlərinə görə, Azərbaycan 2012-ci ildə 41 milyon ABŞ dolları həcmində İKT məhsulu ixrac edib:

 

“Azərbaycan bazarı kiçikdir. Bu isə xarici investroların Azərbaycana cəlb edilməsində və ölkəmizdən ixrac olunan məhsulların xarici bazarlara çıxarılmasında müəyyən çətinliklər yaradır. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi olaraq bunun üzərində işləyirik. Azad ticarət qurulmalı və bununla bağlı modellər işlənilməlidir. Bu, həm bizim bazarı, həm də qonşu ölkələrin bazarlarını da xeyli genişləndirəcək”.

Axar.az



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam