Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Hadı müəllimin biznes imperiyası qurduğu rayonun təhsilindən xəbəri varmı?

 

Belə təfəkkürə malik bir adamın 4 çağırış parlamentdə Azərbaycanın böyük rayonlarından birini təmsil etməsi ancaq təəssüf doğurur.

"Xeberinfo.com":  Onun müəllim haqqında məlum aşağılayıcı fikrindən sonra özünə bəraət qazandırmasına dair fikirləri lap biabırçılıqdır.

Diqqət edin, o, deyir: “Hadı müəllimi müəllimlərə qarşı qoymaq olmaz. Hadı müəllim təpədən-dırnağa müəllimdir. Özü də mən 15 yaşından çörək qazanıram. 15 yaşından fəhlə işləmişəm. Mən göydən düşən məmur deyiləm”. Qəzetlərin birində onun biznes imperiyası haqda statistika dərc olunub. Bura hotel, restoran, sanatoriya, şadlıq sarayı, yanacaqdoldurma məntəqəsi, univermaq, ticarət və iaşə obyektləri, 100 hektarla torpaq sahəsi, villalar daxildir. Təpədən dırnağa müəllim olan Hadı Rəcəbli təhsili bərbad vəziyyətdə olan Lənkəranda məktəb, uşaq bağçası tikdirmir, yaxud təmir etdirmir.

Hadı Rəcəbli 74 saylı Lənkəran kənd seçki dairəsindən deputat olub. İndi Lənkəran kəndlərindəki məktəblərin vəziyyətinə diqqət edin: İstisu qəsəbə, Biləsər kənd, Osaküçə kənd, Viyən kənd, Yuxarı Nüvədi kənd, Xarxatan kənd, Qumbaşı kənd, Tüədo kənd, Sinovli kənd, Tatova kənd, Balıqçılar qəsəbə və Çay fabriki qəsəbə tam orta məktəblərinin bir abituriyenti belə ali təhsil müəssisəsinə qəbul olmayıb. Boladi kənd 2 saylı və Moloja kənd tam orta məktəblərinin bir məzunu belə ali təhsil müəssisələrinə qəbul üçün sənəd verməyib. Kərgəlan kənd, Gəgiran kənd, Xanbulan kənd və İstisu qəsəbə tam orta məktəbləri abituriyentlərinin topladığı orta bal 100-dən aşağıdır.

Rayonun ümumtəhsil müəssisələrini 1735 şagird bitirib, onların 1662 nəfəri buraxılış imtahanında iştirak edib.

Buraxılış imtahanında ana dili fənni üzrə məzunların 73 faizi ana dilindən “2” və “3”, 69 faizi riyaziyyat fənnindən “2” və “3” qiymətlər alıblar. Bu, respublika üzrə orta göstəricidən müvafiq olaraq 19.13 faiz, 16.53 faiz, 17.88 faiz aşağıdır. Attestat alanların 1699 nəfərin 872 nəfəri (51.32 faizi) qəbul imtahanlarında iştirak edib.

Rayon abituriyentlərinin qəbul imtahanlarında topladıqları orta bal 192.868-ə bərabərdir.Bu, respublika üzrə orta göstəricidən 15.7 faiz aşağıdır.

Abituriyentlərin göstəriciləri bal intervalları üzrə aşağıdakı kimi paylanıb: 0-100 intervalında 38.30 faiz (334 nəfər), 100-200 intervalında 20.64 faiz (180 nəfər), 200-300 intervalında 15.02 faiz (131 nəfər), 300-500 intervalında 19.84 faiz (173 nəfər), 500-dən yuxarı 6.19 faiz (54 nəfər).

Rayonun attestat qiymətləri əla olan abituriyentlərindən 5.00 faizi 200 baldan aşağı nəticə göstərib. 500 baldan yuxarı nəticə göstərərək məktəb nailiyyətlərini təsdiq edənlər isə cəmi 37.50 faizdir.

Göründüyü kimi, bu acınacaqlı nəticələrlə yanaşı Hadı Rəcəblinin deputat seçildiyi kəndlərdə qiymət şişirdilməsinə yol verilir.

Deputat-professor seçildiyi kəndlərdəki təhsilin acınacaqlı durumundan danışmaq əvəzinə, müəllimlərə fəhlə işləməyi təkli edir.

Hamı dişlərini Təhsil Nazirliyi və onun rəhbərliyinə qıcayıb ki, təhsili düzəldin. Bəs deputatın, icra hakimiyyətinin yaxasından nə vaxt tutacağıq?!

Mən Hadı müəllimin son və bundan əvvəlki müsahibələrini oxuduqdan sonra belə qənaətə gəlirəm ki, onun alimlik dissertasiyalarını ciddi ekspertiza etmək lazımdır. Məncə bu işə girişməyin vaxtı artıq çatıb.

Etibar Əliyev,təhsil eksperti

(Musavat.com)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam