Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Astaranın keçilməz yolları

 

 Büdcədən hər il yolların təmir edilməsi, yeni müasir asfalt küçə və magistral yolların salınması üçün milyonlar ayrılır. 

"Xeberinfo.com":  Həmin milyonlar da son qəpiyinə kimi xərclənir. Amma nədənsə, biz bu xərclənən pulların yollara olan təsirini tam olaraq, hiss etmirik. Yəqin ki, bir küçəyə 4-5 dəfə asfalt döşəndiyi üçün digər əsas problemli yollara pul çatmır. 

Bu dəfə yolların bərbad olması ilə bağlı şikayət məktubu Astara rayonundandır. Astara rayonunda yerləşən 1964-cü ildə çəkilən, uzunluğu 25 kilometr olan Təxtənəkəran-Toradi yolu çox yararsız haldadır. Torpaq yolu olduğu üçün yağış və qar yağanda burada hərəkət etmək qeyri-mümkün olur. Yararsız olması ucbatından bu yolda dəfələrlə ağır qəza hadisələri baş verib. 

Rayon sakinləri deyirlər ki, adıçəkilən yoldan 10-dan çox kənd istifadə edir: "Bu yoldan Astaranın iki ərazi inzibati nümayəndəliyi - Asxanakəran və Hamusam - daxilində 14 kənd, Lerik rayonun Kaqoy, Coni, Hübi, Loda, Vılık və Tülü kəndləri istifadə edir. Bu yoldan daha çox istifadə edən Asxanakəran və Hamuşam ərazi numayəndəliyində yaşayan kənd camaatı dəfələrlə Astara Rayon İcra Hakimiyyətinin başçısına müraciət etsələr də, müsbət cavab ala bilməyiblər. Cavabında deyiblər ki, "Rayon büdcəsinin bu yolun tikintisinə gücü çatmır. Dövlət tərəfindən bura vəsait ayrılmalıdır". 

Sakinlərin sözlərinə görə, yollar pis olduğu üçün yeni nəsil də orada yaşamaqdan imtina edərək, başqa yerlərə köçür: "Sərhəd Qoşunlarının "N" saylı alayı da bu yoldan istifadə edir. Kənd camaatı dövlətçiliyi dəstəkləyir. Bundan sonra da hər zaman dayaq olacaqlar. Bu ərazinin 19 yaşlı Sovet İttifaqı Qəhrəmanı Mirzə Cəbiyev, Qarabağ müharibəsində verilən 7 şəhidi, “İgidliyə görə” medalı ilə təltif olunan Eyvaz Əliyev kimi övladları vardır. Kənd camaatı tezliklə bu yolun düzələcəyini ümid edir. Yollar pis olduğu üçün yeni nəsil də burada yaşamaqdan imtina edərək, başqa yerlərə köçür".(Musavat.com)



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam