Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Co Bayden təcavüzdə ittiham edilir

 

 ABŞ prezidentliyinə ən çox ehtimal olunan demokrat namizəd Co Baydenin keçmiş köməkçisi onu cinsi təcavüzdə ittiham edib.

Yenixeber.org: Bu barədə “The New York Times” xəbər yayıb.

Senatın keçmiş əməkdaşı Tara Rid bildirib ki, təqribən 30 il öncə həmin vaxtlar Delaver ştatının senatoru olan siyasətçi tərəfindən təcavüzə uğrayıb. Onun sözlərinə görə, 1993-cü ildə Bayden Kapitolinin dəhlizlərinin birində onu icazə almadan öpüb, bədəninə toxunub, həmçinin intim münasibətdə olmağa israr edib.Həmin vaxt Rid polisə müraciət etməməyi qərara alıb, sadəcə, siyasətçinin üç əsas köməkçisinə və Senatın Heyətlə İş üzrə bölməsinə bu barədə məlumat verib.

Rid rəhbərliklə baş verənlər barəsində danışdıqdan sonra işini itirib. Baydenə qarşı isə heç bir tədbir görülməyib.

Nəşrin jurnalistləri keçmiş köməkçinin iddialarını araşdırıblar. Bayden haqqında şikayət tapılmayıb, Ridin hadisəni danışdığını iddia etdiyi həmkarları da təcavüz faktını təsdiq etməyib.

Eyni zamanda, qadının iki rəfiqəsi və qardaşı onlara bu barədə həmin vaxt deyilənləri xatırlayıb.

Qəzetin əməkdaşları bildiriblər ki, daha yeddi qadın Baydenin qəbuledilməz hərəkətləri, xüsusən, bezdirici öpüşləri, qucaqlamaları və toxunuşları haqqında danışıb.

Aprelin əvvəlində Rid Vaşinqtonda polisə müraciət edib. Baydenin təşviqat qərargahının nümayəndələri bu iddianı rədd ediblər.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri 2020-ci il noyabrın 3-nə təyin edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam