Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

“Ya Rusiya dağılmalıdır, ya da Azərbaycan xalqı dəyişməldir”

 

“ATƏT-in Minsk Qrupu öhdəsinə düşən, imkanda olan işləri görüb. Əvvəla, danışıqlar prosesinin tənzimləməsinə öz töhfəsini verib. Ağlabatan bütün təklifləri hazırlayıb tərəflərə verib, tərəflər də bunu qəbul etməyib və sadəcə, danışıqların getməsini diqqət mərkəzində saxlayırlar. Bundan artıq vasitəçi heç nə edə bilməz”, – politoloq Zərdüşt Əlizadə Turan-a müsahibəsində bildirib.

"Xeberinfo.com":  Məlumata görə, o qeyd edib ki, ölkələrin özünün maraqları var və onlar münaqişənin həllində maraqlı deyillər.
Z.Əlizadə hesab edir ki, status-kvonun dəyişməsi Azərbaycan hökumətindən, xalqından asılıdır. Əgər Azərbaycan Qarabağı almaq istəyirsə indiyədək yürütdüyü siyasətin dərin islahatlarını aparmalıdır, Qarabağın azad edilməsinə, sülhün təmin edilməsinə yönəlmiş siyasət yürütməlidir.
Rusiya münaqişələri dondurmaqla postsovet məkanını öz nəzarətində saxlamaq istəyir, Ukrayna hadisələri də bunu sübut edir. Z.Əlizadə münaqişənin nizamlanması perspektivləri ilə bağlı bədbindir. “Ya Rusiya dağılmalıdır, ya da ki, Azərbaycan xalqı dəyişməldir. Amma bu dəyişikliyi labüd edə biləcək hansı bir siyası qüvvə görmürəm hələlik”, – o vurğulayıb.
“ABŞ-ın roluna gəlincə, əgər Vaşinqtona lazımdırsa sabitlik pozula bilər, münaqişələr qanlı mərhələyə keçirilə bilər və ya əksinə, sülhməramlı fəaliyyət başlaya bilər. Qarabağ probleminin həlli üçün Amerika mən bilən imkanı olan heç nəyi etmir”, – o qeyd edib.
Eyni zamanda politoloq hesab edir ki, əgər Ermənistan Rusiyanın nəzarətindən çıxarsa daha gerçəkçi mövqe tutacaq və kompromisə gedəcək, nizamlanmaya nail olunacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam