Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“İstənilən korrupsioner – oğrudur!”

Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey İvanov korrupsioner məmurlara müharibə elan edib.

"Xeberinfo.com":  Məlumata görə, İvanov ötən həftə Rusiya regionlarının qubernatorları və merlərinin iştirakı ilə keçirilən mübarizədə ilk dəfə açıq şəkildə korrupsioner qubernatorların adlarını çəkib. Prezident Administrasiyasının rəhbəri bildirib ki, korrupsiya ölkənin milli suverenliyinə və təhlükəsizliyinə birbaşa təhdid təşkil edir.

“Korrupsiya bizim inkişaf üçün bütün resurslarımızı talayır. O, dövlət idarəçiliyinin effektivliyini zəiflədir, iqtisadiyyatı dağıdır, ictimai münasibətləri deformasiyaya məruz qoyur. Rusiya prezidenti dəfələrlə qeyd edib ki, korrupsiyaya qarşı mübarizənin uğurundan insanların hakimiyyətə etimadı birbaşa asılıdır”-İvanov bildirib.

Administrasiya rəhbəri deyib ki, korrupsiyaya zərbə vurmaq üçün hakimiyyətlə bağlı strukturlar üzərindən dövlət və bələdiyyə ehtiyhacları üçün satınalmalar praktikasını tamamilə dayandırmaq lazımdır. O cümlədən hakimiyyətə yaxın şəxslərin qohumlarının, dostlarının və digər yaxınlarının qurduqları şirkətlərə satınalmalarla bağlı sifarişlərin verilməsi tamamilə qadağan edilməlidir. Həmçinin dövlət vəsaitini şəxsi komfort naminə boş yerə xərcləmək praktikası dayandırılmalıdır.

“İstənilən ranqda dövlət məmuru harınlığa yol verməməlidir. Təvazökarlıq nümunəsi yaratmalıdır. İnsanların hakimiyyətə etimadının əsası bundadır”- İvanov bildirib.

Administrasiya rəhbəri çıxışında deyib ki, bu gün əsas diqqət artıq üzə çıxarılmış korrupsiya faktlarına yönəldilir, televiziyalarda belə hallar müzakirə edilir. Bu isə əhalinin narazılığını daha da artırır. İnsanlar fikirləşir ki, birini tutublar, qalanları isə oğurlamaqda davam edir. Üstəlik deyirlər ki, korrupsiyaya görə ancaq xırda məmurlar cəzalandırılır.

“Əlbəttə, burada vəziyyəti dəyişmək lazımdır. İctimai şüurda bu fikir özünə yer etməlidir ki, vəzifəsindən asıı olmayaraq istənilən korrupsioner oğrudur. Həmin oğrunun üzə çıxarılması üçün onun hansı vəzifə tutmasından asılı olmayaraq korrupsiyaya qarşı mübarizə üzrə bütün dövlət mexanizmləri hərtərəfli və sistemli şəkildə işləyir”- deyə İvanov bildirib.

Virtualaz.org


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam