Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ukrayna korrupsiyaya müharibə elan etdi

bitmap-img6


Pyotr Poroşenko irimiqyaslı xüsusi əməliyyatın başlandığını bəyan edib

 

"Xeberinfo.com":  Ukraynada keçirilən anti-korrupsiya əməliyyatının bir hissəsi olaraq kabinet iclası zamanı iki yüksək rütbəli rəsmi şəxs həbs edilib.
ANS TV-nin məlumatına görə, Ukraynanın dövlət fövqəladə hallar xidmətinin başçısı Serqey Boçkovski və onun müavini Vasili Stoyetskinin əlləri televiziyada canlı yayımlanan iclasda polis tərəfindən qandallanıb. Onlar yüksək səviyyəli korrupsiyada iştirak etməkdə şübhəli bilinir.
Eyni zamanda Ukrayna prezidenti Pyotr Poroşenko Dnepropetrovsk vilayəti dövlət administrasiyasının rəhbəri İqor Kolomoyskinin tutduğu vəzifədən azad edilməsi haqqında fərman da imzalayıb. Dnepropetrovsk vilayəti dövlət administrasiyasının rəhbəri vəzifəsini müvəqqəti icra edən Valentin Rezniçenko təyin edilib.
Qeyd edim ki, bundan əvvəl Ukrayna təhlükəsizlik xidmətinin rəhbəri Valentin Nalivayçenko Dnepropetrovsk vilayət administrasiyasının məmurlarının Dnepropetrovsk və Donetsk vilayətlərində fəaliyyət göstərən silahlı cinayətkar qruplaşmaları dəstəklədiklərini bildirmişdi. 
Bununla bağlı Ukrayna prezidenti Pyotr Poroşenko artıq ölkənin bütün güc strukturlarının iştirakı ilə irimiqyaslı xüsusi əməliyyatın başlandığını bəyan edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam