Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Hicran Hüseynova pis işləmir...” - Müsavatçı namizəd təzyiqlərdən yazdı

“Hicran Hüseynova pis işləmir…”-Müsavatçı namizəd təzyiqlərdən yazdı

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrinin namizədlik verdiyi dairədə 12 nəfər geri çəkilib…

Yenixeber.org: Müsavat Partiyasının Sumqayıt 41 saylı birinci seçki dairəsindən deputatlığa namizədi Könül Ali ötən günlərdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın ona namizədliyini geri çəkməsi ilə bağlı təzyiq etdiyinə dair öz feysbuk səhifəsində yazmışdı. Bu gün isə məlum olub ki, həmin dairədən 12 nəfər öz təşəbbüsü ilə namizədlikdən imtina edib. Maraqlıdır ki, bu şəxslər arasında adı ictimaiyyətə də tanış olan sabiq Maliyyə naziri Fikrət Yusifov da var. Qeyd edək ki, sabiq nazirin namizədliyi Ana Vətən Partiyası tərəfindən irəli sürülmüşdü.

Baş verənlər haqqında Könül Alı öz feysbuk səhifəsində belə yazıb: “Sumqayıt 41 saylı birinci seçki dairəsindən deputatlığa namizədliyini verən şəxslərdən 12-si namizədliyini geri götürdü, bir nəfərin namizədliyini isə DSK ləğv etdi.
Geri çəkilənlərin içərisində sabiq Maliyyə naziri Fikrət Yusifov da var.
Yox, Hicran Hüseynova pis işləmir.
Belə maraqlı.”

Qeyd edək ki, Sumqayıt 41 saylı birinci seçki dairəsindən Hicran Hüseynova və Könül Alıdan başqa tanınmış həkim Vasif İsmayıl da öz namizədliyini irəli sürüb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam