Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Girovlarla bağlı cinayət işi açıldı

 

Erməni girovluğunda olan şəxslərlə bağlı cinayət işinin istintaqı Baş prokurorun xüsusi nəzarətinə götürülüb. 

 

"Xeberinfo.com":  Məlumata görə, Baş Prokurorluqdan “Qafqazinfo”ya verilən məlumata görə, 2014-cü ilin iyul ayında Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənovun yaxın qohumlarının məzarlarını ziyarət etmək məqsədilə Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunan Kəlbəcər rayonunun ərazisində olub.

Bu zaman münaqişə tərəfinin silahlı qüvvələrinin tərkibinə daxil olmayan və bilavasitə döyüş əməliyyatında iştirak etməyən mülki şəxslər olmalarına baxmayaraq, işğalçı dövlətin hərbiçiləri tərəfindən əsir götürülərək onlara işgəncələr verilib.

Həmçinin beynəlxalq hüquq normalarına qəsdən zidd olaraq həbs edilib prosessual hüquqlardan məhrum edilməklə Həsən Həsənovun odlu silahla qəsdən öldürülməsi, Şahbaz Quliyev və Dilqəm Əsgərovun barəsində isə heç bir dövlət tərəfindən tanınmayan, qondarma “Dağlıq Qarabağ Respublikası” adından saxta ittihamlar irəli sürülərək hökm çıxarılıb.

Sadalanan faktlar üzrə Kəlbəcər rayon prokurorluğunda başlanmış cinayət işi üzrə Cinayət Məcəlləsinin 115.2 (Müharibə qanunlarını və adətlərini pozma), 115.4, 116.0 (Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və 116.0.18-ci maddələri ilə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Cinayət işinin istintaqı Azərbaycan Respublikası Baş prokurorunun xüsusi nəzarətinə götürülüb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam