Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Tahir Süleymanov kürəkəninin narkotiklə həbs olunması xəbərinə reaksiya verdi-AÇIQLAMA

 

Yenixeber.org: Milli Məclisin 54 saylı Şabran-Siyəzən seçki dairəsindən seçilmiş deputatı Tahir Süleymanov Şabranda onun kürəkəninə məxsus olduğu iddia edilən narkotik bitki plantasiyasının polis tərəfindən aşkarlanması barədə yayılan xəbərlərə cavab verib.

Deputat saytımıza açıqlamasında bu barədə yayılan xəbərləri cəfəngiyyat adlandırıb: “Bu cür xəbərlər uydurma və boş söhbətlərdir. hamısı yalandır. Deputatlar narkotikaya qarşı mübarizə aparan insanlardır. Bu cür yalanları yayan adamların vicdanı yoxdur”.

T.Süleymanov hazırda xaricdə olduğunu söyləyib: “Hazırda mən xaricdəyəm, inşallah 1 həftəyə Bakıya qayıdacam. Bu barədə sonra daha ətraflı söhbət edərik”.

Bu yaxınlarda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Şabran rayonunda narkotik satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirib.

“Criminal.az” saytının yaydığı xəbərə görə, idarə əməkdaşları Güləndi kəndində keçirdikləri əməliyyat nəticəsində ümumilikdə 5 nəfər saxlanılıb.

Əməliyyatçılar ilk olaraq Şabran stansiyası ərazisindəki kafeyə daxil olaraq Anar, Elşən və Mehdi adlı şəxsləri yaxalayıb. Anarın yaşadığı evə gedən əməliyyatçılar maraqlı hadisənin şahidi olublar.

Məlum olub ki, Anarın tutulmasından xəbər tutan qardaşı Samir 200 ədəd çətənə kolunu “VAZ-2107” markalı avtomobilə yükləyərək izi itirmək istəyib. Polislər onu da zərərsizləşdirib. İlkin məlumata görə, Anar və Şahin Bakıya gətirilib, digər şəxslər Şabran rayon Polis Şöbəsinə təhvil verilib.

Məlumat üçün bildirək ki, Şahin məşhur futbolçu, Azərbaycan milli komadasının qapıçısı Kamran Ağayevin bibisi oğludur.

Jurnalist Qənimət Zahid isə narkotik plantasiyasının deputat Tahir Süleymanovun kürəkəninə məxsus olduğunu iddia edib.

Rayon sakinlərinin verdiyi məlumata görə, tutulan şəxslər rayon ərazisində uzun müddətdir narkotik satışını həyata keçirirlər. Onlar bir neçə dəfə tutulsalar da, sonradan azadlığa çıxaraq fəaliyyətlərini davam etdiriblər.(demokrat)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam