Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Abşerondan iddialı namizəd –Zahir Əzəmət artıq imzatoplama kampaniyasına başlayır

 

Tanınmış yazar, Qaynarinfo.az saytının baş redaktoru Zahir Əzəmət (Rəhimov) növbədənkənar parlament seçkilərində iştirak edəcək.

Yenixeber.org: Baş redaktor 45 saylı Abşeron seçki dairəsindən bitərəf olaraq namizədliyini irəli sürüb.
Bu barədə Zahir Əzəmət özü məlumat verib: “Prosesə ilk qoşulanlardan biriyəm. Bu gün imza vərəqələrini götürərək imzatoplama kampaniyasına başlayacağıq. Artıq komandamızın böyük hissəsini də formalaşdırmışıq. Maraqlı və aktiv seçki kampaniyamız olacaq. İndidən bu dairədən namizədliyini irəli sürən digər namizədlərə də uğur arzulayıram. Dairədə aktiv və sivil bir seçki marafonu təşkil edə bilmək üçün bütün namizədlərlə ortaq mövzularda əməkdaşlıq qurmağa çalışacağıq”.
Qeyd edək ki, 45 saylı Abşeron seçki dairəsindən bundan əvvəl Milli Məclisin sədri Oqtay Əsədov mandat qazanmışdı. Bu dairənin ərazisinə Xırdalan, Masazır, Mehdiabad, Məhəmmədi, Digah, Fatmayı və Görədil inzibati əraziləri daxildir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam