Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycan Demokratiya və Rifah Hərəkatının toplantısı keçirilib

 

Bu barədə hərəkatın təsisçisi Qubad İbadoğlu məlumat verib

 

"Xeberinfo.com":  Məlumata görə, toplantı iştirakçıları 20 Yanvar şəhidlərinin xatirəsini yad etdikdən sonra 1 həftə ərzində görülən işləri müzakirə ediblər: “Ötən 1 həftə ərzində əvvəlki toplantıda planlaşdırılandan daha çox rayonda Təşəbbüs Qrupu yaradılıb. Bir həftə ərzində 8 rayonda yerli fəalların iştirakı ilə Təşəbbüs Qruplarının təsis yığıncağı keçirilib. Artıq hərəkatın 11 rayonda Təşəbbüs Qrupu işə başlayıb”.
Q. İbadoğlu qeyd edib ki, toplantıda ölkədə və regionda mövcud ictimai-siyasi və sosial-iqtisadi vəziyyət müzakirə olunub: “Qərara görə, 22 yanvar 2015-ci ildə saat 13-də Beynəlxalq Mətbuat Mərkəzində “Dünya bazarında neftin qiymətinin ucuzlaşması və Rusiyada iqtisadi böhranın Azərbaycana mümkün təsirləri” mövzusunda müzakirələr təşkil olunacaq. Tədbirə yerli mütəxəssislər dəvət ediləcək”.
İclasda növbəti dövr üçün regionlarda təşkil olunacaq Təşəbbüs Qruplarının təsis yığıncağının qrafikini təsdiq edib. Həmçinin ADR Hərəkatının loqosu ilə bağlı müxtəlif təklifləri müzakirə edərək, yaxın günlərdə bu istiqamətdə müzakirənin yekunlaşdırılmasına qərar verilib.(publika.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam