Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

“Putinlə İdlibdəki vəziyyəti müzakirə etdik” - Ərdoğan

2d901b2f48374140c89d541b7bde89c2

“Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli görüşdə Suriya məsələsini müzakirə etdik”.APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşünün yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib.

Yenixeber.org:  O, Rusiya Prezidenti ilə Suriyanın İdlib əyalətindəki məsələyə toxunduqlarını söyləyib: “Ötən ilin sentyabrında Soçidə İdliblə bağlı razılıq əldə etmişdik. Təəsüflər olsun ki, Suriyanın hökumət ordusu mülki obyektlərə zərbələr endirirərək, bu razılaşmanı pozdular. Onların son aylar fəaliyyəti nəticəsində həmin bölgədə 500-dən çox insan ölüb, 200-ə yaxın insan yaralanıb. Hazırda 3,5 milyon suriyalı öz ölkəsindən kənarda yaşayır. Türkiyədə isə 3,6 milyon suriyalı qaçqın yaşayır”.

Ərdoğanın sözlərinə görə, Suriya hokuməti ordusu terrorla mübarizə pərdəsi altında göydən mülki insanların üzərinə bomba yağdırır: “Bu, həmin bölgədə vəziyyəti mürəkkəbləşdirir. Hərbçilərimiz təhlükə altındadırlar. Biz bunu istəmirik. Burada dəyərli dostum Putinə də dedim ki, İdlibdə təhlükəsizliyin təmin olunması ilə bağlı Astana prosesi çərivəsində və ötən il Soçidə əldə olunan razılaşmaları yerinə yetirə bilərik. Soçi memarandumu da regionda təhlükəsizliyə öz töhvəsini verməlidir”.

R.T.Ərdoğan Türkiyənin Suriyanın ərazi bütövlüyünə sadiq qaldıginı bir daha təsdiqlədiklərini vurğulayıb: “Biz Rusiya üçün həssas məsələlərə çox hörmətlə yanaşırıq”.

Ərdoğan Putinlə ikitərəfli görüşdə Liviyadakı, Kəşmir, Yaxın Şərqdəki məsələləri müzakirə etdiklərini də qeyd edib: “Regionda sülhün bərqərar olunması üçün nələri edə biləcəyimiz müzakirə etdik”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam